Xəbər lenti
““Eurovision” Fərid” Nyu-Yorkda kuryer işləyir
Müğənni Fərid Məmmədov ABŞ-a köçüb.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, iki il bundan əvvəl Nigar adlı xanımla ailə quran Fərid müğənniliyin də daşını atıb.
O, xanımıyla 1 ildən artıqdır ki, Amerikada yaşayır. 28 yaşlı ifaçı Nyu-Yorkda kuryer kimi fəaliyyət göstərir.
Xatırladaq ki, müğənni "Eurovision - 2013" mahnı müsabiqəsinə Azərbaycanı təmsil edib, ikinci yerin sahibi olub.
Qeyd edək ki, Fəridin toyu mediaya qapalı keçirilmişdi. Hətta toyda bəylə gəlinlə şəkil çəkdirmək də qadağan olunmuşdu.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































