Xəbər lenti
Gözəllik yarışmasına hicabda qatılan model tarixə düşdü – FOTO

İngiltərədə gözəllik yarışmasına hicabda qatılan model Model Sara İftekhar finala qədər yüksəlib.
Manevr.az xəbər verir ki, İngiltərədə Haddersfild Universitetinin hüquq fakültəsində təhsil alan 20 yaşlı Sara "Miss England" gözəllik müsabiqəsində iştirak edib. O, müsabiqəyə hicabda qatılmasına baxmayaraq, finala qədər yüksələ bilib. Müsabiqənin əsas qalibi isə gələn həftə seçiləcək.
Sara instaqramda bildirib ki, müsabiqədə heç vaxt unudulmayacaq bir təcrübə qazanıb:
"Burada finala qədər yüksələcəyimi düşünməzdim. Hər kəs necə görünməsindən asılı olmayaraq, özünə görə gözəldir. Çəki, boy, irq, dəri rəngi və s. amillər əhəmiyyətsizdir".
Müsabiqə eyni zamanda Cənubi Amerikada, Şri-lankada və Rusiyadakı yardıma ehtiyacı olan uşaqlara dəstək məqsədilə keçirilir. Sara da bu quruma dəstək olur və fond toplanmasına yardımçı edir.
Qeyd edək ki, Sara "Miss England" titulunu əldə edərsə, Çinin Sona şəhərinə gedib İngiltərəni "Miss World" yarışmasında təmsil edəcək. /publika.az
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































