Xəbər lenti
“Nisə Qasımova, mənim sizdən nə çörəyim nə də suyum gəlmir” - Zenfira İbrahimova
Xalq artisti Nisə Qasımova “10-dan sonra” verilişində gənc müğənnilər Zenfira İbrahimova və Eldəniz Məmmədovu onu saymamaqda günahlandırıb.
Manevr.az xəbər verir ki, müğənni toylardan birində adı çəkilən ifaçıların ona qarşı etdikləri hərəkətlərə əsəbiləşib: “45 il ərzində özümü heç bu ilki kimi danlamamışdım. Fırlanıram gözüm gözlərinin içinə baxır, guya məni görmürlər. Biri yalandan telefonla oynayır, o biri də guya eşitmir, görmür. Halbuki onları həmişə mən qarşılayıb, qucaq açmışam. Sən kimsən? Uzaqdan baxıb, “salam” deyə bilməzsən? Tərbiyəsi, əxlaqı odur. Elə üzrlər var ki, onu qəbul etmək istəmirəm”.
Nisə Qasımovaya Zenfira İbrahimovanın cavabı gecikməyib: “Mən ailəmdə elə tərbiyə görməmişəm ki, özümdən böyeyə hörmətsizlik və ya saymamazlıq edəm. Nisə xanım məhz sizə nəinki mən ailəm də böyük hörmət edir və siz də bunu çox gözəl bilirsiniz. Qaldı ki, salam verməməyimə inandırım mən sizi görəndə nəinki salam verirəm hətta qarşınıza gəlib ilk öncə əllərinizdən öpürəm bilirsiniz niyə? Mənim sizdən nə çörəyim gəlir nə də suyum sizə salam verməyim. Sizlər bizim kimi vətəndaşlar üçün elə misilsiz ifalarınızı ərmağan etmisiniz ki, qəlbinizin gözəlliyi o qədər gözəldir ki, məhz buna görə sizin qabağınıza qaçaraq gəlib əllərinizdən öpürəm. Mənim sadəcə olaraq bunu yazıb paylaşmaqda məqsədim budur ki, insanlar bilsinlər ki, mən sizi sevirəm sevəcəm də və belə hörmətsizlik əsla düşmənimə qarşı etmərəm”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar