Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Əməkdar artistdən ürək dağlayan sözlər: Gəlib desə ki, ana...

Tarix: 23-08-2018 15:24     Baxış: 4337 A- / A+
Əməkdar artistdən ürək dağlayan sözlər: Gəlib desə ki, ana...


Oğlunun ölümündən sonra "Mənim üçün həyat bitdi" deyib, bir daha oxumayacağını bəyan edən Zöhrə Abdullayeva səhnəyə hansı şərtlə qayıdacağını açıqlayıb.

Manevr.az baku.ws-ə istinadən xəbər verir ki, əməkdar artist yalnız mərhum oğlunun istəyilə oxuyacağını deyib:

"Yuxuma gəlmir, nə zaman gəlib desə ki, ana, oxu, səsinçün darıxmışam, o zaman oxuyacam".


Zöhrə xanım yeganə övladını itirdikdən sonra dərddən tanınmaz hala düşdüyünü etiraf edib:

"Məni görən tanımır. Sanki bir ruh kimi bərzaq aləmindəyəm. Yaşamaq istəmirəm. Məni səhnədə görəndə çox sevinirdi. Son dəfə xahiş etdi ki, onunçun oxuyum. Oxudum, bir neçə saatdan sonra dünyasını dəyişdi. Beşiyinin başında oxuduğum laylasını dinlədi. Bu, balamın sonuncu laylası idi".

Xatırladaq ki, Zöhrə Abdullayevanın yeganə övladı - 47 yaşlı İsrafil Abdullayev 24 may 2018-ci ildə vəfat edib. O, beyin xərçəngindən əziyyət çəkirdi. İ. Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. İki il öncə səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb. iki övlad atası idi. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar