Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
12-05-2024
BÜTÜN XƏBƏRLƏR

Kişi məclisində “İçki içən” Mətanət Əsədova qalmaqalı - Manaf Agayev videonu yayanları tapıb və diz çökdürüb?

Tarix: 22-08-2018 14:52     Baxış: 2306 A- / A+
Kişi məclisində “İçki içən” Mətanət Əsədova qalmaqalı


Günlərdir Azərbaycanın sarı mediası "kişi məclisində içki içən" müğənni Mətanət Əsədovanın internetdə yayılmış görüntülərini müzakirə edir. Bu görüntülərə əsasən məclisdə oturanlar öz aralarında söyüşlə danışır, qadın müğənni isə qədəhdən "mənşəyi məlum olmayan" hansısa içkini başına çəkir.

Manevr.az virtualaz.org-a istinadən bildirir ki, əlbəttə, kimin hansı məclisdə iştirak etməsi və orada hansı içkini içməsi onun sırf şəxsi işidir və heç bir halda ictimai əhəmiyyət daşıya, ictimai müzakirə mövzusu ola bilməz, əgər həmin şəxs dövlət məmuru və ya ictimai öhdəlikləri olan biri deyilsə. Və indiki halda Azərbaycanın şou-biznes əhlinin "efirlərdə" yarıçılpaq vəziyyətdə hər cür hoqqalardan çıxması, hətta yelləncək asıb yellənməsi, onları öz "verilişlərinə" qonaq edən aparıcıların düşük davranışları, ictimai əxlaqa zidd hərəkətləri çoxdan adiləşib.

Kişi məclisində “İçki içən” Mətanət Əsədova qalmaqalı


Lakin nəyə görəsə sarı media "kişi məclisində içki içən Mətanət" qalmaqalını sürətlə üfürdü, məsələni ölkə miqyaslı müzakirə mövzusuna çevirməyə çalışdı, işə televiziyalar qoşuldu. Və hər tərəfdən qadın müğənninin kişi məclisində araq içməsi şiddətlə qınayanlar, ona divan tutmağa hazır olanlar və bu hərəkəti qadının şəxsi işi sayıb haqq qazandıranlar tapıldı. Hətta "məşhur aşıq" da tapıldı ki, müğənninin həmin videosunu yayanları tapıb bıçağı qarnına soxmağa hazır olduğunu açıqladı. Hərçənd xanım Əsədova and-aman edirdi ki, onun içdiyi araq yox, içərisində limon şirəsi sıxılmış mineral su idi...

Nəhayət belə görünür ki, bu gün "kişi məclisində araq içən Mətanət" qalmaqalı öz həllini tapıb. Müğənni telekanallardan birində yayımlanan şou-proqrama qatılıb və onun videosunu yayan şəxs barədə həmkarı Manaf Ağayevin "tədbir gördüyünü" açıqlayıb.

Kişi məclisində “İçki içən” Mətanət Əsədova qalmaqalı


"Bəzi adamlar dedi ki, niyə Manaf sosial şəbəkədə paylaşım etmədi, dəstək durmadı. Ancaq bu səhər saat 07:00-a qədər Manaf mənimlə olub", - deyə Əsədova bildirib.

Şou-proqrama telefonla bağlanan Manaf Ağayev isə bildirib ki, həmin adamlar Mətanətin qarşısında diz çöküblər: "Həmin adamları tapıb gətirdim. Diz çöküb Mətanətdən üzr istədilər"

Kişi məclisində “İçki içən” Mətanət Əsədova qalmaqalı


Müğənni Manaf Ağayev təkcə həmkarı barədə video yayanı tutub diz çökdürmür, o, həm də doğulduğu Füzuli rayonundan olanların intihar fikrindən daşındırmaq üzrə tanınır. Bunu müğənni özü demişdi, çünki bir neçə gün əvvəl Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin binasından özünü atmaq istəyən, Füzuli rayonundan olan əlili intihar fikrindən daşındırmaq üçün məhz Manaf Ağayevi köməyə çağırmışdılar. Müğənni isə sonradan həmin şəxsi necə xilas etməsi barədə danışarkən xüsusi qeyd etmişdi ki, bu onun ilk belə işi deyil. Füzuli rayonundan kimsə intihar etmək istəyəndə onu çağırırlar...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar