Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Təranə Qumralı 3 ilədək həbs gözləyir

Tarix: 18-08-2018 23:59     Baxış: 2235 A- / A+
Təranə Qumralı 3 ilədək həbs gözləyir


Müğənni Nazəninlə Təranə Qumral arasındakı məhkəmə prosesi gələn həftə yekunlaşacaq.

Manevr.az xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında Nazəninin vəkili, “Atler eqo” hüquq şirkətinin baş direktoru Heyrət Qarayev deyib. O bildirib ki, məhkəmə avqustun 21-də yekunlaşır:

“Artıq sonuncu məhkəmədir. Təranə Qumrala hakim cəza verəcək. Təranə Qumral açıq-aşkar üzr istəməkdən imtina edib. Hakim də cəzanı buna görə verməlidir. Onun etdiklərinə görə Cinayət Məcəlləsində həbs var. Amma ola bilsin ki, həbsdən əlavə alternativ cəzalar verilsin.

Təranə Qumrala hakim pul cəzası tədbiq edə bilər. Yəni qarşı tərəf 3-5 min manat arasında pul ödəməklə həbs olunmaya bilər. Həm qadındır, həm də azyaşlı uşağı var. Böyük ehtimal ki, cəza bu olacaq. Əkər hökm bu olsa, biz razılaşmayacağıq. Onu 3 ilə qədər həbs gözləyir. Bunun üçün də Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəyik. Biz onun pul cəzası ilə işdən xilas olması ilə razılaşmırıq”.

Qeyd edək ki, Nazənin vəkili bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qarşı tərəf məhkəmə qərarını icra etmədiyi üçün iş Ədliyyə Nazirliyinə göndərilib.

Təranə ilə Nazənin arasındakı qalmaqal uzun illərdir davam edir. Qalmaqal “ANS”in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar