Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Fədayə Laçının həbs müddəti açıqlandı – Sübut olunarsa...

Tarix: 08-08-2018 19:03     Baxış: 3575 A- / A+
Fədayə Laçının həbs müddəti açıqlandı – Sübut olunarsa...


Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Manevr.az trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan olunub.

Penitensiar xidmətin keçmiş qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev, qarovul rəisinin digər müavini Tural Poladxanov, müğənni Fədayə Laçın, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov özlərini ittihamlarda qismən təqsirli biliblər.
Penitensiar xidmətin Konvoy taborunun komandiri Bəhruz Abdullayevlə Anar Əsgərov isə özlərini təqsirli bilmədiklərini söyləyib.
Hakim bildirib ki, C.Səmədov, P. Hacıyev və T. Poladxanova qarşı irəli sürülən itihamlar sübuta yetirilərsə, onların hər birini 19 il həbs cəzası, Fədayə Laçını 6 il, Günay Atakişiyevanı isə 12 il həbs cəzası gözləyir.

Məhkəmə Ə.Ağamiyə sərbəst ifadə vermək üçün təklif edib. O, çıxışa hazır olmadığını, istintaqa ötən ilin noyabrında ifadə verdiyini vurğulayıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar