Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Flora Kərimovadan Röya haqqında ŞOKEDİCİ ETİRAF: “Bir qadın kimi..." - VİDEO

Tarix: 28-07-2018 11:02     Baxış: 4287 A- / A+
Flora Kərimovadan Röya haqqında ŞOKEDİCİ ETİRAF: “Bir qadın kimi..." - VİDEO


“Bir qadın kimi Röyanı başqa cür görmək istəyirəm. Röyanın səsi mənim və qızımın xoşuma gəlir. Səs diapozu kiçikdir. Həmişə demişəm ki, əgər üzərində işləsə və məşq etsə, bir müddət idarə edəcək. Lakin bu gün daha möhtəşəm səslər var”.

Bu sözləri Xalq artisti Flora Kərimova Həmid Həmidovun yutub kanalına verdiyi müsahibəsində deyib. Əfsanəvi sənətkar aparıcının “Röya ilə aranızda qalmaqal varmı?” sualına belə cavab verib:

“Röya ilə nə konfliktim ola bilər ki? Bir qadın kimi ona sadəcə arzularım ola bilər ki, özünü belə aparmasın. Populyarlaşmaq üçün o, düz yol seçməyib. Bu yaxınlarda eşitdim ki, artıq heç kimlə qalmaqal etməyəcəyini deyib. Səbəb kimi oğul böyütdüyünü göstərib. Bəs illərdir ki, mən elə bunu demirdimmi?

Onun sonuncu hərəkəti məni çilədən çıxartdı. Guya ki, mən kiminsə acığına onunla münasibətlərimi korlamışam. Bu, elə həyasızcasına deyilmiş yalan idi ki, susa bilməzdim. Röya deyirdi ki, guya onunla özümə piar üçün etmişəm. Ay qızım, ay nəvəm, ay sənə qurban olum, mənə bu yaşda nə piar?"

Xatırladaq ki, bir neçə ay əvvəl Xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxanın qalmaqalı şou gündəmini zəbt etmişdi. Tərəflər biri-birinə ağır ittihamlar səsləndirmişdi. F.Kərimova Röya haqqında geniş tənqidi köşə yazmışdı./publika.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar