Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Ətli-canlı olduğumdan ox olub gözə girirəm” – ATV-dən qovulan aparıcı

Tarix: 18-07-2018 17:19     Baxış: 32 888 A- / A+
“Ətli-canlı olduğumdan ox olub gözə girirəm”



Azərbaycanlı aparıcı Mələk Heydərova 3 il əvvəl çalışdığı ATV telekanalından hansı səbəbdən qovulduğunu açıqlayıb.
Onun işdən qovulmasına səbəb açıq-saçıq geyimləri olub:

“Sağlam cəmiyyətdə geyim müzakirə predmeti olmur. Təəssüf ki, bizdə o sağlam cəmiyyət hələ də formalaşmayıb, bəzi insanlar mental dəyərləri geyimlə ölçür və onlar elə düşünür ki, qapalı geyinən əxlaqlı, açıq geyinən isə əxlaqsız qadındı. Bu isə anormal fikirlərdi. Cəmiyyətdə müzakirə olunası n sayda problemlər var. Mən qısa geyinirəmsə, bunu mən bilərəm və heç bir normal insan mənə sual verə bilməz ki, sən niyə qısa geyinirsən. Heç kim mənə deyə bilməz niyə mini geyinirsən. Deməli Azərbaycandan başqa əksər ölkələrə əxlaqsız adı yapışdıra bilərik. Çünki onların xanımları demək olar ki, geyinmirlər. Bizdə bir çoxları düşünür ki, qoy üzdə abırlı görünüm, amma altda gizlin nə edirəmsə edim. Mən isə belə insanları qəbul etmirəm. Efirdə də həyatda olduğum kimi səmimiyəmsə, yenə də qınaq obyekti oluram. Hətta bizdə geyimə görə insanı işdən belə qovurlar. 3 il əvvəl ATV kanalından işdən geyimimə görə uzaqlaşdırıldım. Şokda idim, heç bir cəmiyyətdə belə şey yoxdu. Amma halbuki ATV-də məndən beşbətər geyinənlər var idi. Açıq geyinən əxlaqsız deyil, ay camaat! Mələk haqda nəsə demək üçün onu tanımaq lazımdır. Məndən açıq- saçıq geyinənlərə heç nə demirlər, mən ox olub gözə girirəm. Bəlkə də mən ətli-canlı olduğum üçün diqqət cəlb edirəm”. \yenicag.az




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar