Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

5 dəfə boşanan məşhur müğənni: “Heç vaxt evli kişiylə sevgili olmadım”

Tarix: 20-10-2016 21:25     Baxış: 2284 A- / A+
5 dəfə boşanan məşhur müğənni:

“26 illik sənət həyatımda heç bir zaman evli kişiylə sevgili olmadım. Kimsənin sevgilisini əlindən almağa çalışmadım. Bir insanın həyatından tək bir səbəblə gedərəm: o da xəyanətdir”.

Manevr.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri ötən il aktyor Hakan Eratiklə sürpriz şəkildə ayrılan məşhur müğənni Yeşim Salkım deyib.

Televiziya proqramına qonaq olan 5 dəfə ailə qurub, boşanan müğənni şəxsi həyatıyla bağlı maraqlı açıqlamalar verib: “Hər yerdə qadağan edildiyim günlər oldu. Nə qəzetlərdə xəbərlərim çıxdı, nə də efirlərdə kliplərim yayınlandı. Evimin qapısında qara maşınlar dayanırdı”.

Həm şöhrətdə, həm də ailə həyatında hər şeyi əlimə-üzümə bulaşdırdım.

İki ildir ki, yatağımda yalnız yatıram, sabah necə oyacam deyə narahatlığım yoxdur. Evdə makiyajdan istifadə etməyən qadınam.

Evliliklərimə özüm istədiyim üçün son verdim. İstəməsəydim davam etdirərdim. Baxın, başqa insanlar bu qərarı verirlərmi? Özüm, ailən, əhatən, uşaqların üçün davam etdirirsən...

Bəzi şeyləri göstərmiriksə bu əzab çəkmirik anlamına gəlmir. Qapalı qapılar arxasında nələr yaşandığını kimsə bilmədi.

Çəkim 48 kilo idi. Gündə 4 qutu siqaret çəkirdim və dərmanlar qəbul edirdim. Ağlamaqdan gözümün yaşı qurumuşdu.

26 illik sənət həyatımda heç bir zaman evli kişiylə sevgili olmadım. Kimsənin sevgilisini əlindən almağa çalışmadım. Bunları eləmərəm. Tək bir şərtlə bir adamın həyatından gedərək: o da xəyanətdir.

Bir qadının ən böyük düşməni yenə bir qadındır.

Bir neçə dəfə xəyanətə uğradım. Ən son olan isə “artıq bəsdir” dediyim nöqtəydi.

İllər öncə detektiv tutdum, xəyanəti faktla ortaya qoydum. Həyat yoldaşımın bir qadınla maşının arxa oturacağında, restoranda, xaricdə görüntüsü əlimə keçdi. Aradabir o fotolara baxıram. Düşmənimin nə qədər yaxında olduğunu bilmək üçün baxıram.

Allah insanı hər çox istədiyi şeylərlə sınağa çəkir. Mən də həyatım boyunca bir ailəm olsun, məni sevən bir adam olsun, sinəsinə başımı qoyum, saçlarımla oynasın istədim. Nəticə isə ortadadır. Rəbbim məni bununla sınayır...”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar