Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aygünü birinci etdilər qalmaqal yarandı: "Ağıllı olun"

Tarix: 16-07-2018 19:10     Baxış: 5188 A- / A+
Aygünü birinci etdilər qalmaqal yarandı: "Ağıllı olun"

"Atv maqazin onlarla" verilişinin "Hit-parad" rubrikası əkizlər Sevil və Sevinc Səfərova bacılarının qalmaqallı açıqlaması ilə yadda qalıb.
Bacılar xalq artisti Aygün Kazımova ilə Raufun "Yaraşdın mənə" mahnısını birinci ediblər.

Əkizlər ilk növbədə Roza Zərgərliyə söz atıb və onun "Aygünə ancaq Namiqi yaraşdırıram" sözünə münasibət bildiriblər:

"Bəziləri deyir, Aygün təkcə Namiqə yaraşır. Amma xeyr... Bu klip, mahnı, tərz sübut etdi ki, Aygünə al da, şal da yaraşır. Ulduz belə olmalıdır. Birincilikdən yüksən pillə olsaydı onu da edərdim. Bir çoxları xaricdə, Bakıda iş görür, uğursuz alınır. Ona necə "nömrəbir" demək olar? Geyim tərzi də, konserti də birincidir. Bu insan birinciliyə layiqdirsə, onu yerindən heç kim çəkə bilməyəcək. Çəkmək istəyənlər olsa da, alınmır. Kişilər, qadınlar arasında birinci odur. O, kişiləri də əvəz edir. Onun etdiklərini heç birimiz edə bilməyəcəik".

Əkizlərin bu sözləri prodüser Tarix Əliyevi (Tolik) özündən çıxarıb. Bir vaxtlar bacılarla çalışan, indi isə onlarla küsülü olan Tolik qalmaqala əməkdar artist Röya Ayxanı qatıb:

"Deyirəm ki, ay Röya, sən nə ağıllı qadınsan. Deyirsən ki, məndən danışmayın, çəkməyin, amma bu Aygünün fanatları ona yaltaqlanmaqdan bezmədilər. Sevil və Sevinc, siz deyildiniz Moskvada Aygün Kazımovaya salam verməyən? O da sizi hamının yanında pərt etdi ki, Tolik, bu uşaqlara de ki, ağıllı olsunlar, məni səhv salmasınlar. Sonra da təyyarədə Aygün Kazımovanı öpdünüz. Mənə dedilər ki, siz bu verilişdə başqa müğənni nəzərdə tutmusunuz. Əgər ürəyinizdən, ağlınızdan Röya keçibsə, sizə bir məsləhət verim: 20 il də oxusanız Röyanın yanında dura biləcək müğənni olmayacaqsınız. Uşaq-muşaq fanatlarınız sizi 1,5 milyon edib, onlar heç kimin fikrini dəyişə bilməz. Aygünün fanatlarının verilişdə, radioda işləyib, onu tərifləməklə deyil. Aygünü də, Röyanı da sevən sevib. Sizə düşüb onlar haqda rəy bildirmək? Öz fikrinizə görə, yəqin Aygündən də qabaqdasınız. Ürəkliydinizsə, ad çəkərdiniz. Röya qədər xalqın sevgisiniz qazanıb, onun qədər iş görənlər kənarda qalıb. Siz müğənnilər haqda nə vaxt fikir bildirən olmusuz?".axsam.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar