Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Aşıqların davasına əsəbiləşdi: "Ucuz reklam..."

Tarix: 10-07-2018 11:13     Baxış: 3265 A- / A+
Aşıqların davasına əsəbiləşdi: "Ucuz reklam..."


Xəbər verdiyimiz kimi, aşıqlar Namiq Fərhadoğlu ilə Fəzail Miskinli "10-dan sonra" verilişində əlbəyaxa davaya çıxıblar.

Onların həmin an lentə alınan videosu sosial şəbəkədə paylaşılıb və tənqid edilib. Hər kəs aşıqların nalayiq söyüşlər söyməsini və dalaşmasını qınayıb. İfaçıların davasına həmkarları da biganə qalmayıblar.

Aşıq Samirə Əliyeva həmin videonu paylaşaraq, onu yayanları qınayıb. Samirə eyni zamanda bu davada Namiqi yox, Fəzaili haqlı bildiyini gizlətməyib. O, Namiqin adını çəkməyərək, Fəzailin ünvanına təriflər yağdırıb:

"Bu da aşıqlarımız" adı ilə paylaşılan gündəm mövzusu... Əvvəla sözüm bu videonu çəkib paylaşanlaradır. Hər ailədə söz-söhbət olar. Eləcə də incəsənət aləmində. Aşıqlar da insandır. Onların da səbrinin həddi var. Bunu paylaşmaqla və ya sənətdə olan insanı gözdən salmaqla nə qazanırsız?

Sonra müzakirə edənlər: Bəli, mən razıyam, aşıq digəq sənət adamlarından da nümunəvi olmalıdır. Amma yadda saxlayın ki, pul, ucuz reklam gücünə tanınanlara reytinq verən sizsiniz. Tək bir söz deyə bilərəm: hər əlinə saz alan aşıq deyil. Baxmayaraq ki, hərənin öz sevənləri, öz tamaşaçıları var. Heç kimi müzakirə etmək fikrim yoxdur. Çünki özlərindən çox sinələrindəki saza hörmətlə yanaşıram.

Amma bilin ki, Fəzail Miskinli sıradan bir insan deyil. Ucuz reklama qaçan deyil. O insan baxmayaraq ki, mükəmməl saz ifaçısıdır, özünə aşıq demir. Saz ifaçısı deyir (digərlərindən fərqli olaraq). Fəzail bəyin sənəti, savadı, mədəniyyəti olmasa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, dosent kimi fəaliyyəti olmazdı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru zirvəsinə ucalmazdı.

Özünü sənətə, elmə həsr edənlərimizi Allah qorusun belə şər- böhtandan. O cümlədən, Fəzail qardaşımızı. Gəlin sənətkarlarımızı, sənətimizi, özünə bu sənətdə yer edən təsadüfi viruslardan qoruyaq".\axsam.az




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar