Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gəlinsiz toy edən azərbaycanlı məşhurlar – SİYAHI

Tarix: 05-07-2018 19:20     Baxış: 5255 A- / A+
Gəlinsiz toy edən azərbaycanlı məşhurlar – SİYAHI

Hər bir xalqın ənənəyə çevrilən toy adətləri var və bu adətlər xalqların mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi bilinir.

Bəzən oxuduqda bizə mənasız gəlsə də, bu adətlər uzun tarixi proseslərin süzgəcidən keçərək günümüzə qədər gəlib, hazırda da davam etdirilməkdədir.

Müxtəlif mərasimlərlə bağlı adətlər sistemi formalaşmış xalqımızın toyla bağlı da hər bölgəyə uyğun adətləri mövcuddur. Lakin 21-ci əsr yenilikləri toy adətlərinə də sirayət edib. Belə ki, əvvəllər həyət yerlərində çadır qurulurdusa, artıq demək olar ki, hər kəs xoş günlərini şadlıq saraylarında qeyd etmək istəyir.

Bütün bunlara baxmayaraq hələ də qədimdən qalan adətlərin indi də qorunub-saxlanılmasında maraqlı olan şəxslər var. Xüsusi ilə rayonlarda və kəndlərdə toy adətlərindəki rəngarənglik diqqət mərkəzindədir.

Manevr.az minval-a istinadən indi sizə adətən Bakı kəndlərində üstünlük təşkil edən gəlinsiz toy adəti haqqında məlumat verəcək. Təxmin olunur ki, bu adətin Azərbaycana ayaq açması ərəblərin gəlişi və İslam dininin yayıldığı bir dövrə təsadüf edir.

Bu cür mərasimlərdə qadın və kişilərin ayrı olması İslam dininin İxtilat qadağasına dayanır. Belə ki, İslam dinində qadınlarla kişilərin eyni məclisdə olması müstəhəb hesab olunmadığından, dini mühafizəkarlığın güclü olduğu yerlərdə bu hegemonluq edir.

Azərbaycanın Abşeron yarımadasında yerləşən və mühafizəkar dini baxışları ilə seçilən Nardaran kəndində keçirilən toyda demək olar ki, toyun bütün atributları – kabab, milli rəqslər, bəzədilmiş çadır – var. Gözə dəyməyənsə, bircə gəlin və qadın qonaqlardır.

Baxmayaraq ki, ənənəvi kişi toylarında qadınlar göz qabağında olmurlar, lakin səhnənin arxasında hər zaman qadınlara ehtiyac duyulur. Yeməyin hazırlanması, ətrafın səliqəyə salınması, qab-qacağın yuyulması və digər bu kimi işlər qadınların əlinin altıdan keçir.

Bakı kəndlərində təşkil olunan bu məclislərdə adətən içməyə çay və meyvə suyu verilir, dinlənən musiqilərin əksəriyyəti isə dini mahiyyətli olur.

Yeri gəlmişkən qeyd edək ki, günü bu gün də şou nümayəndələri arasında da gəlinsiz toy məclisləri edənlər olur. Bunların siyahısına Abbas Bağırov, Pərviz Abadullayev, Vasif Əzimov, Əlikram Bayramovun oğlu Qalib Bayramov, Namiq Qaraçuxurlu, Üzeyir Mehdizadə daxildir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar