Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə itən müğənni Bakıya gəlib? - Tapana 100 min veriləcək - FOTO

Tarix: 27-06-2018 20:59     Baxış: 2188 A- / A+
Türkiyədə itən müğənni Bakıya gəlib? - Tapana 100 min veriləcək


Altı gün əvvəl İstanbuldan Antalyaya tətilə gedən müğənni Metin Zor itkin düşüb.

Manevr.az qafqazinfo-ya istinadən məlumat verir ki, iyunun 20-si "06 KA 1279" markalı maşınla Gömbü yaylasına gələn və kamp quran Metin daha sonra Kaş və Muğlaya gedib.

Hazırda 43 yaşlı ifaçı ilə əlaqə kəsilib. Bundan narahat olan xanımı Evin Doğan Kor polisə müraciət edib. Axtarışlar zamanı müğənninin qurduğu çadırı tapmaq mümkün olub.

Metin Zorun Azərbaycana gəldiyi də ehtimal olunur. Bu barədə aparıcı Elgiz Əkbər instaqram səhifəsində məlumat yayıb. O, Metinin şəklini paylaşaraq belə şərh yazıb:

"Diqqət, dostlar şəkildə gördüyünüz bu şəxs Türkiyə vətəndaşıdır, itkin düşüb. Ailəsi ehtimal edir ki, Azərbaycanda ola bilər. Ata-anası görənlərdən xahiş edir ki, xəbər versinlər. Tapan şəxsə 100 min veriləcək. Görmüsünüzsə, pula görə yox, insanlıq xatirinə xəbər verək".

Hadisənin təfərrüatını öyrənmək üçün E. Əkbərlə əlaqə saxlanılıb. O, İstanbulda yaşayan aktyor dostunun ona məlumat verdiyini bildirib:

"Bir neçə il bundan əvvəl İstanbulda aktyorluqla bağlı kursa getmişdim. Həmin dostumla da orada tanış olmuşam. Mənə məlumat göndərdi ki, Metin Zor hər dəfə danışırdı ki, Türkiyədə ona qiymət vermirlər, Bakıya gələcək. Musiqiçinin valideynləri də ehtimal edir ki, hansısa yolla Bakıya gəlib".

Türkiyədə itən müğənni Bakıya gəlib? - Tapana 100 min veriləcək


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar