Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

“Soyunur, sonra da yarım milyonluq "Porsche" aldırıb qoyur altına” -Xalq artisti yıxıb-sürüdü

Tarix: 23-06-2018 18:49     Baxış: 2490 A- / A+
 “Soyunur, sonra da yarım milyonluq "Porsche" aldırıb qoyur altına”


Xalq artisti, tanınmış aktyor Ağaxan Salmanlını aldadıblar.

Manevr.az bildirir ki, yenicag.az-a açıqlama verən aktyor əsəbiləşdiyini deyib: “İki rejissor məni seriala çəkəcəyini bildirib, çəkiliş məkanına dəvət etdi. Biri ilə elə “Whatsapp”da yazışdıq. Dedi ki, sizi seriala çəkmək istəyirik, bu qədər qonorar veriləcək. Elə bir məbləğdir ki, o rəqəmi görəndə öz-özümə xəcalət çəkdim. Biabırçılıq idi. O biri də zəng edib çağırdı, rol barədə danışdı, axırda da dedi ki, pulumuz yoxdur. Hirsimdən az qala insult keçirəcəkdim. Ə, adama deyərlər pulun yoxdur. Vaxtımı, enerjimi niyə alırsan? Elə telefonda de ki, cındır gündəyik, verməyə pulumuz yoxdur. Mən də qaxılım oturum yerimdə. Yuli Qusman məni filminə çəkdi, qısa epizodlara görə mənə 1500 dollar qonorar verdi. Amma bunlar mənə dəyər vermir”.

Xalq artistinin əsəbi bununla da soyumayıb:

“Onlar düşünmür ki, xalq artistini çağırıb pulsuz-parasız filmə çəkmək ayıbdır. Deyəsən, onların fikri o gözəl modellərə, yaraşıqlı qızlara gedib. Həmin gözəlləri pul maraqlandırmır, təki film olsun, soyunsunlar. Açıq-saçıq səhnələrə çəkilsinlər, məşhurlaşsınlar. Məşhurlaşandan sonra da, yarım milyonluq “Porsche” alıb, qoyacaqlar altına. Ona pulsuz çəkilmək sərf edir, mənə sərf etmir axı”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar