Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Pərviz Bülbülədən qəzaya düşən Türkana ağır ZƏRBƏ - VİDEO

Tarix: 12-06-2018 21:09     Baxış: 31 552 A- / A+
Pərviz Bülbülədən qəzaya düşən Türkana ağır ZƏRBƏ - VİDEO


ARB TV-nin “Səhər-səhər” proqramının komandası qəzaya düşən Türkan Vəlizadə və Zeynəb Həsənin son vəziyyətləri ilə bağlı xəstəxanaya üz tutublar.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, çanaq sümüyü sınan Zeynəb Həsəni sağlıq durumundan özü danışıb:

“Hələ ki, bir neçəmüddət yerimək mümkün olmuyacaq. Həkimlərin nəzarəti altındayıq. İynələr, sakitəşdirici, ağrıkəsicilər.... Hadisə çox yadımda qalmayıb. Yağış təzə çiskinləməyə başlamışdı. Mən idarə edirdim avtomobili. Sol tərəfdən çanaq sümüyüm sınıb. Çox yerdəyişmə olmadığına görə, gipsə ehtiyac olmadı. Türkana da mənə də ayaq üstə durmaq və hərəkət etmək üçün iki ay müddət qoyublar. Bəzən elə olur ki, o kabinetdən bu kabinetə görüntülü danışırıq. Soruşur ki, ağrımırsan? Deyirəm yox. Birdən elə olur ki, ikimiz də ağlayırıq. O mənə, mən də ona deyirik ki, ağlama. Biz ancaq deyib gülə bilərik. Mübahisə ola bilməz”.

Zeynəbdən fərqli olaraq “Səhər-Səhər” komandası Türkanla görüşə bilməyib. Buna səbəb isə Türkanın vəziyyətinin Zeynəbdən daha ağır olmasıdır. Hər iki müğənninin ziyarətinə Xatun, Hacı Nazim, Vasif Əzimov, Damla, Şəbnəm Tovuzlu, Şəbnəm Qəhrəmanova, Ruhəngiz Allahverdiyeva, rəqqasə Fatimə, Sevil, Sevinc bacıları, Ağamirzə, Əbdülxalid və bir çox məhşurlar gəlib.

Zeynəb Həsəni insanları belə günlərdə tanımaq olduğunu deyib:

“Şad gündə hamı gəlib oynayır. Amma belə günlərdə insanlar tanınır. Mənim yanıma Türkan gəlməsə idi, gözüm yolda qalardı və ya mən gəlməsəydim, onun gözü yolda qalardı”.

Qeyd edək ki, məşhur meyxanaçı Pərviz Bülbülənin duet ortağı Türkan Vəlizadə 2 iyun gecə saatlarında müğənni həmkarı Zeynəb Həsəni ilə avtomobil qəzasına düşüb. Qəzaya səbəb isə yağışlı hava şəraiti olub. Qəza zamanı Türkan Vəlizadənin ayağı və çiyni, Zeynəb Həsənlinin isə çanaq sümüyü sınıb.



Meyxanaçı Pərviz Bülbülə ARB TV-nin "Səhər-Səhər" verilişinə telefonla bağlanaraq qəzaya düşən duet ortağına baş çəkməməsi haqqında bunları deyib:

"Heç birimiz zəngin deyilik. Allahın verdiyi ruzi ilə qənaətbəxşik. Amma Türkan xanım bu gün xəstəxanada öz problemlərini aradan qaldıra biləcəyi qədər madiyyat qazana bilmirdisə, o Pərvizlə oxumazdı, başına çarə qılardı. Şükür Allaha, maddi durumu da yaxşıdır, vəziyyəti də yaxşıdır. Mən də fürsətdən istifadə edib müalicə alıram. Amma Bodrumda yox, Azərbaycandayam. Öz ərazimizdəyəm. Sadəcə, bir az şəhərdən kənardayam".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar