Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Elza Seyidcahandan Damlaya ağır sözlər, onun cavabı isə… - VİDEO

Tarix: 28-05-2018 13:11     Baxış: 4297 A- / A+
Elza Seyidcahandan Damlaya ağır sözlər, onun cavabı isə… - VİDEO

Əməkdar artist Elza Seyidcahanın açıqlamaları sonra şou-biznesdə yeni qalmaqala yol açıb.

Manevr.az Minval.info-ya istinadən xəbər verir ki, sənətçi gənc müğənni Damla haqqında sərt sözlər deyib və onun fotosunu bir neçə yerə cırıb. Hətta onun dedikləri arasında təhqir kimi kəlmələr yer alıb.

“Mən ona nə qiymət verə bilərəm? Onun mahnısına qulaq asmaram. Nə musiqidən gedir söhbət? Pis söyüşlərlə dillərə düşürlər. 3 ay efirə çıxmasın, gör o zaman damcı var?! Heç damcı da yoxdur, nəinki damla. Mənim nə nəslim, nə də Allah rəhmət eləsin pişiyim, nə də itim ona qulaq asa bilməz. İnsanda necə sifət olar ki, gələsən efirdə gəlib bəzətdirib tək oturasan. Bir insan ki, adından utanırsa, o, atasına niyə ağlasın ki…?” – Əməkdar artis bildirib.

Müğənni Damla E.Seyidcahanın dediklərinə açıqlama verərkən ehtiyatlı davranıb və səbrli şəkildə cavab verib:

“Elza xanım bizim dəyərli bəstəkarımız Arif Məlikovun tələbəsidir. Ali savadlı, təhsillidir və çox güclü musiqi duyumuna sahibdir. Onun çox gözəl bəstələri var, sevərək dinləyirəm. Hətta onun bəzi musiqilərini əsər adlandırardım. Amma təbii ki, onun dedikləri etik normalardan kənar olub və bu, onun kimi insana yaraşmır. Mənim sevgim, sayğım bundan sonra da Elza xanıma qarşı dəyişilməyəcək. Mənim aldığım tərbiyə icazə verməz ki, özümdən böyüklərə cavab qaytarım”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar