Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

"Eurovision-2018"in qalibi İsrail oldu- VİDEO

Tarix: 13-05-2018 10:19     Baxış: 3569 A- / A+
"Eurovision-2018"in qalibi İsrail oldu- VİDEO


Portuqaliyanın paytaxtı Lissabonda keçirilən "Eurovision-2018” mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta olub.

Manevr.az xəbər verir ki, o, «TOY» mahnısını ifa edərək, 529 xalla birincilik əldə edib.

İkinci yerdə 436 xalla Kipr, üçüncü yerdə isə 346 xalla Avstriya qərarlaşıb.

Qeyd edək ki, Portuqaliyada keçirilən 63-cü "Eurovision” mahnı müsabiqəsində 43 ölkənin nümayəndələri iştirak edib. "Eurovision 2018” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər.

Həmin ölkələr Ukrayna, İspaniya, Sloveniya, Litva, Avstriya, Estoniya, Norveç, Portuqaliya, Birləşmiş Krallıq, Serbiya, Almaniya, Albaniya, Fransa, Çexiya, Danimarka, Avstraliya, Finlandiya, Bolqarıstan, Moldova, İsveç, Macarıstan, İsrail, Niderland, İrlandiya, Kipr və İtaliyadır.

Azərbaycan təmsilçisi Aysel Məmmədova birinci yarımfinalda səhnəyə 1-ci çıxaraq "X my heart” mahnısını səsləndirib, lakin finala adlaya bilməyib.

Beləliklə, "Eurovision 2019” yarışması İsraildə baş tutacaq.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar