Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Afaq Aslandan ŞOK SÖZLƏR: Əslində utancaq biriyəm, onun-bunun qucağında... - MÜSAHİBƏ/VİDEO

Tarix: 07-05-2018 17:39     Baxış: 3307 A- / A+
Afaq Aslandan ŞOK SÖZLƏR: Əslində utancaq biriyəm, onun-bunun qucağında... - MÜSAHİBƏ/VİDEO


Azərbaycanlı müğənni Afaq Aslan uzun müddətlik susqunluğunu pozub. İfaçı söz və musiqisi Tural və Toğrul qardaşlarına, aranjimanı Elvin İmanova məxsus “Söylə” adlı mahnısını yutub kanalında dinləyicilərinə təqdim edib.

Yeni mahnısı ilə yanaşı cəsarətli fotosessiyası ilə gündəm yaradan müğənni publika.az-a danışıb.

- Afaq Aslan özünü zəhmətkeş müğənni hesab edirmi?

- Bəli, mən daima yaradıcılığım üzərində işləmişəm. Hər il yeni mahnılar, kliplər ərsəyə gətirirəm. Bəzi əməkdar, xalq artistlərindən çox layihələr təqdim edirəm. Bir çoxları deyir ki, Afaq Aslan adı gələndə qalmaqal yada düşür. Bu, əsla belə deyil. Sadəcə, bu sənətdə məni gözü götürməyənlər çoxdur. Elə həmin insanların acığına bu gün “Söylə” adlı mahnımı da dinləyicilərin ixtiyarına verdim. Məni tənqid atəşinə tutanlara demək istəyirəm ki, siz məni müzakirə etməkdə davam edin. Heç vecimə də deyilsiniz.

- Sizcə, həmkarlarınız zahiri gözəlliyinizin, yoxsa mahnılarınızın və səsinizin paxıllığını çəkir?


- Vallah yerimdə olmaq istəyib, amma ola bilməyən adamlar çoxdur.

- Yeni fotosessiyanız çox cəsarətli alınıb...


- Hər zaman cəsarətli fotolarımla diqqət çəkmişəm. Bu da mənim tərzimdir. Özümü hər zaman hansı obrazda görmüşəmsə, o obrazı da canlandırmışam. Əslində mən adi həyatda çox utancaq biriyəm. Səhnədə geyindiyim geyimləri adi həyatda geyinə bilmərəm. Bilirəm, yeni şəkillərim də müzakirələrə səbəb olacaq.

- Belə fotolardan sonra sevgiliniz sizi qısqanmır? Adını açıqlamaq istəmədiyiniz, həyatınzda olan gizli şəxs sizə geyimlə bağlı hansısa qadağalar qoyurmu?


- Hələ ki, belə problemlə üzləşməmişəm. Bilirsiniz, artıq səhnə adamısansa, o, səni müğənni kimi qəbul edir. Başa düşür ki, sənət naminə soyunursan. Bəzi müğənnilər kimi efirə bağlı geyinib, amma orada-burada gizli-gizli onun-bunun qucağında oturmuram ki... Elə ifaçılar tanıyıram ki, efirdə zavallı və yazıq qadın obrazı yaratmağı sevir, namusdan-qeyrətdən danışırlar. Halbuki özlərində bu keyfiyyətlərdən əsər-əlamət yoxdur, həyat tərzləri bərbad gündədir. Şükürlər olsun ki, mən elə deyiləm.

- Sənət üçün soyunmağa dəyər?


- Bu, mənim üçün bir hobbidir, dediyim kimi, özümü seksual obrazlarda görməyi sevirəm. Bir var ki, həyatda obrazdan-obraza girəsən. O qədər roldan-rola girirlər ki, nə cür insan olduğunu müəyyən edə bilmirsən. Səhnədə dondan-dona girmək qorxulu deyil, əsas odur ki, həyatda simanı itirməyəsən, rola girməyəsən.

- Ətrafınızda belələri çoxdur?


- Məşhur olsam da, əslində çevrəsi geniş olan insan deyiləm. Çünki hər adamı həyatıma buraxmağı sevmirəm. Çox qapalı xasiyyətli insanam, dost dediyim insanları seçib-seçib, ələkdən keçirirəm. Bu səbəbdən də hesab edirəm ki, ətrafımda ikiüzlü insanlar yoxdur. Kənarda mənə yaxın olmayan insanlar çox şey danışa bilər, amma məni görəndə üzümə gülürlər. Bu cür insanlarla münasibət qurmamağa çalışıram, həmçinin məsafə saxlayıram.

- Film təklifləri gəlirmi? İstənilən rolu oynamağa hazırsınız?


- Gəlir, heç birini qəbul etmirəm. Çünki özümü aktrisa kimi görmürəm.

Manevr.az



Afaq Aslandan ŞOK SÖZLƏR: Əslində utancaq biriyəm, onun-bunun qucağında... - MÜSAHİBƏ/VİDEO
Afaq Aslandan ŞOK SÖZLƏR: Əslində utancaq biriyəm, onun-bunun qucağında... - MÜSAHİBƏ/VİDEO
Afaq Aslandan ŞOK SÖZLƏR: Əslində utancaq biriyəm, onun-bunun qucağında... - MÜSAHİBƏ/VİDEO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar