Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Mətanət Cennifer Lopezi bizimkilərlə müqayisə etdi

Tarix: 14-04-2018 14:32     Baxış: 4400 A- / A+
Mətanət Cennifer Lopezi bizimkilərlə müqayisə etdi


Tanınmış aparıcı Mətanət Əliverdiyeva qarderobundan danışıb. Heç vaxt qısa ətək xoşlamadığını deyən aparıcı belə geyimlərin ona yaraşmadığını bildirib.

Manevr.az xəbər verir ki, yenicag.az-a açıqlama verən M.Əliverdiyeva açıq-saçıq geyinən müğənnilərdən də danışıb:

Mətanət Cennifer Lopezi bizimkilərlə müqayisə etdi


"Mən bilirəm ki, mənə nə yaraşır, nə yaraşmır. Heç vaxt qısa ətək geyinmirəm. Ayaqlarım toppuşdur deyə mənə yaraşmır, həm də qısa ətəkdə özümü rahat hiss etmirəm. Buna görə də çox vaxt uzun ətəklər geyinirəm. Amma qısa ətək, dekolte və ümumiyyətlə, açıq-saçıq geyinən xanımlara pis baxmıram. Yaraşır, geyinirlər. Məsələn, Lətifə Soyuözü çox bəyənirəm. Toppuş xanımdır, açıq-saçıq geyimlər ona çox yaraşır. Röya o vaxt ATV-dəki verilişimə gələndə, hərə bir söz danışırdı. Ay balam, bu xanım səhnə adamıdır, üstəgəl də hər cür geyim onu gözəl göstərir. Bir dəfə də Elnarə Xəlilova hovuzda şəkillər çəkdirmişdi, qızı az qala topa tutdular. Adam neyləməlidir? Hovuzda başqa necə şəkillər çəkdirməliydi ki? Cennifer Loppez soyunur, min hoqqadan çıxır, bizimkilər də baxıb ağızlarının suyunu axıdırlar. Amma bizim məşhurlardan biri peşmandır qısa ətəklə fotosunu paylaşsın, başlayırlar sosial şəbəkədə, söyüş yağdırmağa. Hamısı paxıllıqdandır. Həmin adamlar özləri o açıq-saçıq geyinən xanımların yerində olmaq istəyir. Mən paxıl insan deyiləm, xoşum gələndə, xanımlara komplimentlər edirəm. Gərək insanın içi paxıl olmasın".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar