Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Şəbnəm Tovuzlunun çox qanacaqlı və qabiliyyətli biri olduğunun şahidi oldum"

Tarix: 05-04-2018 22:11     Baxış: 4377 A- / A+
"Şəbnəm Tovuzlunun çox qanacaqlı və qabiliyyətli biri olduğunun şahidi oldum"

Müğənni Nura Suri sosial şəbəkədə status paylaşaraq öz fikirlərini izləyiciləri ilə bölüşüb.

İfaçı çoxlarının əsl üzünü tanıdığını söyləyib:

"2017-ci ilin son ayları və 2018-ci ilin gəlişi mənə dərs keçdi.

Ətrafımda olan insanlara etibarım kimi, indiyə kimi əmin olduğum fikirlərim belə dəyişdi. Yaxınlarımı, sevən və sevməyənlərimi tanımaq şansım oldu.
Qış ağır keçsə də, yazın ilk ayları özüylə yeni insanlar və dostlar gətirdi. Mənə uzaq olan insanları fərqli tərəfdən gördüm, tanıdım və hörmət bəslədim.

Bölgələrdəki konsertlər zamanı bəzi müğənni və prodüserlərlə dostlaşdım. Müğənni Abdul Xalidi yaxşı insan və dost kimi kəşf etdim, Vüsal Hacıyevin istedadına bir də həsəd apardım, heç kəsin eşitmədiyi mahnıları dinləyib feyziyab oldum, Şəbnəm Tovuzlunun çox qanacaqlı və qabiliyyətli biri olduğunun şahidi oldum.

Prodüser Vəfa Nuriyeva ilə tanışlığıma görə isə Lalə Məmmədovaya təşəkkür edirəm. "Suerta Atelye" də çox gözəl bir kollektivlə dostlaşdım. Sahibindən tutmuş dərziyə kimi çox gözəl insan olmaları ilə yanaşı, məsuliyyətli və peşəkardırlar. Çox mağaza və atelyelərlə çalışsam da, işlərini bəyənsəm də, heç vaxt belə səmimi sözlər yazmamışam.

Düşündüm ki, biz tənqidi dediyimiz kimi, yaxşını da deyə bilərik. Niyə hər kəsdə "mənfi" axtarırıq? Bəlkə insanların yaxşı tərəflərini də görək?

O zaman özümüzün də kiməsə qiymət vermək xüsusiyyətimiz yox olar... Tərifə yaltaqlıq kimi, tənqidə isə qeybət və böhtan kimi baxmayın. Hərə səhvləri özündə axtarsın. Başqalarında yaxşını görməyi öyrənək.

Axı, mərdi qova-qova namərd etmək olar..."big.az
"Şəbnəm Tovuzlunun çox qanacaqlı və qabiliyyətli biri olduğunun şahidi oldum"


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar