Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

"Buna görə evlənmirəm" Faiq Ağayevdən - ŞOK ETİRAF

Tarix: 09-08-2016 13:31     Baxış: 3411 A- / A+

"Buna görə evlənmirəm" Faiq Ağayevdən

"Sakit, ətrafımda heç kimin olmadığı istirahəti xoşlayıram. Ya meşə, ya da dəniz kənarı olsun, ləpələrin səsi eşidilsin. Aktiv istirahəti, dağa-daşa qaçmağı sevmirəm".

Axşam.az bildirir ki, bu sözləri xalq artisti Faiq Ağayev "Star life" verilişinə açıqlamasında deyib.

Müğənni depressiyadan, dostlarından danışıb:

"Depressiya zəif insanlar üçündür, bu hala düşmürəm.

Üç dostum var, hamısı da bu aləmdən kənardılar. Sənət adamı bir-biri ilə dostluq edə bilməz. Çünki ortada bölüşə biləcəyin məqamlar var".


F.Ağayev "Bəs, Aygün Kazımova ilə dost deyilsiniz? Niyə onun konsertlərində sizi görmürük" sualına belə cavab verib:

"Aygün xanımla çox gözəl münasibətlərimiz var. Aygün mənim heç bir konsertimdə olmayıb. Amma mən onun bir neçə böyük konsertində olmuşam. Həm də dəvət edilmədiyim yerə necə gedim?".

Müğənni şəxsi həyatından danışıb, hələ də subay olmasının səbəbini açıqlayıb:

"Mənim üçün dünyanın ən gözəl qadını anamdır. Evdar, gözəl, qayğıkeş biridir. Hələ də subayam. Mənə dözən lazımdır. Səhər saat 6-da yatıram, günorta 1-də oyanıram, televizora baxıram, siqaret çəkirəm... Buna dözmək lazımdır. Buna dözməyə hazır olanlar var, amma axıra kimi gedə biləcəklərmi?"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar