Sizin Reklam Burada
Xəbər lenti
01-05-2026
30-04-2026
BÜTÜN XƏBƏRLƏR

Yaşına görə sərt danışmıram - Rövşanədən Əli Mirəliyevə cavab

Tarix: 04-03-2018 16:20     Baxış: 3767 A- / A+
Yaşına görə sərt danışmıram - Rövşanədən Əli Mirəliyevə cavab

Bu gün "Səhər-səhər" verilişində müğənni Əli Mirəliyevin aparıcı Rövşanə Ağasəfqızına sevgi etiraf etməsi cavabsız qalmayıb.

Manevr.az-ın məlumatına görə, lent.az-a açıqlama verən R. Ağasəfqızı Ə.Mirəliyevin sözlərinə bu cür münasibət bildirib:

"Bəzən insanlar yaşından, cəmiyyətdəki yerindən, mövqeyindən ciddi nəticə çıxartmayaraq yüngül mövqe ifadə edirlər. Biz isə bunun müqabilində etik normaları gözləyərək, təbəssümlə yola verməyə çalışırıq. Lakin unudurlar ki, normalar pozulanda bəzən sərt cavab vermək məcburiyyətində qala bilərik. Mən Əli Mirəliyevə yaşına görə sərt mövqe bildirmirəm. İnanıram ki, mənim bu yanaşmamdan nəticə çıxaracaq və bir daha qeyri ciddi fikirlər səsləndirməyəcək".

Qeyd edək ki, Əli Mirəliyev bu gün "Səhər-səhər" verilişində R. Ağasəfqızına sevgi etirafı etmişdi: "Sevdiyin insan yanında olsa bu sevgi deyil. Əlin çatmamalıdır ona. Yemək yeyəndə belə gözünün qabağından keçir. Hər dəfə gözümün qabağındadır. Bizlərdə arvad boşamırlar. Bu sevgi mənimlə qəbrə gedəcək. Bizim şou biznes əhli öyrəşib gedib başqasını almağa".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar