Sizin Reklam Burada
Xəbər lenti
01-05-2026
30-04-2026
BÜTÜN XƏBƏRLƏR

Könül Xasıyeva xəstəxanadan çıxdı: "Dilim tutuldu, dişlərim töküldü..."

Tarix: 24-01-2018 18:56     Baxış: 3291 A- / A+
Könül Xasıyeva xəstəxanadan çıxdı: "Dilim tutuldu, dişlərim töküldü..."

Xalq artisti Könül Xasıyeva xəstəxanadan evə buraxılıb.
Orunğa iflicindən əziyyət çəkən xanəndə “Bizimləsən” verilişində qonaq olub.

O bildirib ki, artıq çətin günləri geridə qoyub:

“Çox yaxşıyam. Diksiyamda ləngimə var idi, indi düzəldi. Saçlarım da çıxıb. Uzun müddətdir xəstəliyim mənə əziyyət verirdi. Hacı Nuranın və "Həyat" fondunun sayəsində müalicə aldım. Xəstəlik insan üçündür. Canlıyıqsa, enişli-yoxuşlu həyat yaşayacağıq. Sağlamlıq da var, xəstəlik də. Əsas odur ki, xəstəliyə elə-belə yanaşasan. Qətiyən xəstəliyi yaxına buraxmıram. Deyirəm, mənlik deyil, get kənara. Mən sənətkaram, konsertlərim, efirlərim qalıb. Bir dəqiqəmi də lətifəsiz ötürmürəm.

Mənim bir çox yaxınlarım var ki, Yeni ili bayram kimi qeyd etmədilər. Bir gözəl anam qədər çox istədiyim insanı itirdim. Əsas odur ki, həyatın hər mərhələsində sonacan ayaqda durasan.

Xəstəliyin əvvəlində pis idim. Başımda bir dənə tük, dişim yox idi. Əl-ayağım tutulmuşdu. Kürəyim uzanmaqdan yara idi, dilim tutulmuşdu. Amma gözüm tutulmadığı üçün şükür edirdim. Kazımımı görə bilirdim, övladım qucaqlayırdı, nəfəsin alırdım”.

K.Xasıyeva martın 16-da Heydər Əliyev Sarayında konsert verəcəyini deyib. Müğənni söyləyib ki, gecənin aparıcısı Hacı Nuran Hüseynov olacaq
axşam.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar