Sizin Reklam Burada
Xəbər lenti
15-05-2024
14-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Oğlumun girib Youtube-da bunu görməyini istəmirəm" - Qaynanası ilə düşmən olan Sevda

Tarix: 22-01-2018 17:38     Baxış: 5238 A- / A+
"Oğlumun girib Youtube-da bunu görməyini istəmirəm" - Qaynanası ilə düşmən olan Sevda

Son günlər adı qayınanası ilə qalmaqalda hallanan müğənni Sevda Sanalıyeva "Hər şey daxil" verilişində qonaq olub.

Xanım qaynanası ilə aralarında yaşanan xoşagəlməz olay və onu məhkəməyə verəcəyi barədə gəzən söz-söhbətə aydınlıq gətirib.

Sevdanın sözügedən açıqlamasını təqdim edirik:

"Mən mətbuat konfransı keçirdim. Məqsədim bu söz-söhbətə nöqtə qoymaq idi. Yenə də danışmaq istəmirəm. Çünki, hər şey göz qabağında oldu. Mən istəmədən göz qabağında oldu amma. Mən illərlə susurdum. Öz içimdə yaşayırdım. Yoldaşımın, uşaqlarımın xatirinə susurdum. İndi gördükləriniz onsuz da həmişə davam edirdi. Sadəcə qapalı şəkildə davam edirdi. İstəməzdim ki, belə şeylərlə gündəmə gəlim. Çünki bugünün sabahı var. Mənim uşaqlarım sabah böyüyəcək. Onların girib Youtube-da belə şeyləri görməyini istəmirəm. Ümumiyyətlə analarının belə şeylərlə gündəmə gəlməyini heç istəməzdim. Çünki oğlum dünyaya gələndən mən bütün danışığımı, hərəkətlərimi dəyişmişəm. Onun istəyə biləcəyi şəkildə mən həyatımı yaşayıram. Sonra da qızım dünyaya gələndən sonra onu fikirləşirəm. Çalışıram ağzımdan artıq bir kəlmə də çıxartmayım. Qaldı bu söz-söhbətə, məhkəməyə verməmişəm. Əlbəttə, istəmərəm məhkəməyə vermək. Mən davakar insan deyiləm".

Qeyd edək ki, Sevdanın "Heç kimin ailəsini dağıtmamışam" açıqlaması ərinin ailəsini qəzəbləndirib. Cəmilin anası müğənninin ünvanına "Oğlumu maşınla, evlə aldadıb özünə ər etdin. O iki uşağın ahı Sevdanı tutacaq. Sevda özü də deyib ki, mənim uşaqlarımın atası Cəmil yox, İlkindir. Sevdanın verdiyi bütün məlumatlar yalandır, hamısını da sübut edə bilərəm. O, bu həyatda rahat yaşamayacaq, bunu bilsin. Görsün onun başına nə oyun açılacaq. Bu işin sonunu gözləsin. Elə bilir xoşbəxt yaşayacaq? Hələ xoş günlər görsün. Bir də görəcək ki, ərsiz qalıb. Bu sözləri yazan Cəmilin anasıdır. Mənim oğlum orada olduğu müddətdə mən də onu rahat buraxmayacam" sözlərini bildirib.big.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar