Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Referenduma "hə" dedi, telekanallar qadağanı qaldırdı...

Tarix: 28-09-2016 11:17     Baxış: 4262 A- / A+
Referenduma "hə" dedi, telekanallar qadağanı qaldırdı...


Xalq artisti Nazpəri Dostəliyeva nəhayət ki, 3 illik efir qadağasından sonra ilk dəfə ekranda görünüb. Efirlərdən uzaq düşən müğənni bununla bağlı ötən il media nümayəndələrini bir yerə yığaraq mətbuat konfransı keçirmişdi.

Müğənni bildirmişdi ki, bir neçə il bundan əvvəl tanınmış siyasilərdən birinin oğlunun toy məclisində iştirakından sonra kimlərinsə zəngi və tapşırığı ilə televiziyaların qapısı üzünə bağlanıb. Mətbuat konfransının da bir nəticəsi olmadığını görən müğənni ölkə başçısına da müraciət ünvanlayaraq efirlərdən sifarişli qadağanın götürülməsini xahiş etmişdi.

Nəhayət ki, bu qadağa sentyabrın 26-da, ölkədə keçirilən konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) günündə aradan qaldırılıb. Xalq artisti Nazpəri Dostəliyeva uzun ayrılıqdan sonra ilk dəfə olaraq “Xəzər TV”- də Zaur Kamalın təqdimatında “5 də 5"verilişinin qonağı olub.

Verilişdən bir neçə gün əvvəl isə müğənni mətbuat vasitəsilə hər kəsi referenduma ”hə" deməyə çağırış etmişdi. Referendum günü isə seçkilərdə iştirak etməsi ilə bağlı fotosunu sosial şəbəkədə yerləşdirərək konstitusiyada edilən dəyişikliyi dəstəklədiyini qeyd edib. Qeyd edək ki, müğənni verilişdə çox həyəcanlı görünüb, efir üçün darıxdığını bildirib.

Xalq artistinin bir neçə gün öncədən çağırışlar edib, referendum günü efirə çıxmasını tənqid edənlər də tapılıb. Onunla əlaqə saxlayaraq məsələyə münasibətini öyrənməyə çalışdıq. Lakin müğənni qəti şəkildə heç bir müsahibə və ya açıqlama vermək istəmədiyini bildirdi. (musavat.com)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar