Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Məhkəmədən Məleykə Əsədova ilə bağlı - Qərar

Tarix: 08-01-2018 13:22     Baxış: 4478 A- / A+
 Məhkəmədən Məleykə Əsədova ilə bağlı - Qərar


Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı və R.Məlikin ona qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib.

Report-un xəbərinə görə, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki iddia təmin edilməyib.

M.Əsədovanın vəkili jurnalistlərə açıqlamasında bildirib ki, müvəkkili xüsusi ittiham qaydasında da məhkəməyə müraciət edəcək: "Həmçinin, bu məhkəmə qərarından da apellyasiya şikayəti veriləcək".

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, məhkəməyə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Mülki iddia icraata qəbul edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar