Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı məşhur AŞIĞIN 50-dən çox "KamAZ"ı var? - İDDİA

Tarix: 05-01-2018 09:36     Baxış: 12 386 A- / A+
Azərbaycanlı məşhur AŞIĞIN 50-dən çox "KamAZ"ı var?


Məşhurlar həyatlarını sığortalamaq üçün sanki yarışa girir. Müğənnisi, aktyoru, aparıcısı, modeli fərqi yoxdur, bütün dünyada əksər tanınmışların özlərinəməxsus ikinci işi, yəni şəxsi biznesi olur.

Azərbaycanda da vəziyyət belədir. Bəziləri bunu reklam etməyə səy göstərsə də, çoxları gizlin saxlamağı üstün tutur.

Manevr.az xəbər verir ki, Aşıq Əli Tapdıqoğlunun 50-dən artıq böyük tonnajlı yük maşını var. O, qardaşları ilə birlikdə qum, çınqıl biznesi və nəqliyyat işləri ilə məşğuldur.

Məlumat dəqiq olsa da, Aşıq Əli sayta açıqlamasında bunu təkzib edib: “Düzdür, həm xaricdə, həm də Azərbaycanda sənətindən əlavə, bizneslə məşğul olan insanlar var. Amma açığı, mənim heç bir biznesim yoxdur. Dolanışığım da sənətdəndir. Həmçinin, hər hansı yük maşınlarım, qum, çınqıl biznesim də yoxdur”.

O, qeyd edib ki, aşıq sənətilə ailəni dolandırmaq mümkündür: “Adam var, 300 manat maaş alır, bunun içində gəzməyi, yeməyi, başqa xərcləri də var, amma dolanır. Adam da var, aylıq 20-30 min manat gəliri var, amma yenə də çatdıra bilmir. Aşıq sənəti ilə də dolanmaq olar, niyə olmur ki...?! Ümumiyyətlə, seçdiyin sənət gəlir gətirirsə, deməli ailəni dolandırırsan. Bu, artıq insanın özündən asılı olan bir şeydir”.

Aşıq Əli həmçinin hazırkı aşıq sənətinin vəziyyətindən də söz açıb. Bildirib ki, indi aşıq sənətinə maraq daha da yüksəlib: “Düzdür, gənclərin hardasa 20-30 faizi bu sənətə maraq göstərmir, amma qalan 70-80 faiz aşıqlıq sənətini sevir. Deyim ki, bu gün aşıqlarımızın hamısı sevilir, düz olmaz. Bizim getdiyimiz məclislərdə, toylarda aşıq sənəti qəbul olunmayan səviyyədədir. Amma biz onu qəbul etdirmişik. Yəni çıxışlarınla aşıq sənətini sevməyənə də sevdirmək lazımdır.

Bir sənəti hamı sevə bilməz. Ümumiyyətlə, bir insanı da hər kəs sevə bilməz, normal haldır. Əslində aşıq sənətini sevdirmək çətin deyil, sadəcə olaraq insan psixologiyasını bilmək lazımdır. Qarşındakı insanın zövqünü bilməlisən. Bir məclisə gedən zaman düşünməlisən ki, dinləyiciyə hansı havanı oxumalıyam ki, qulaq assın. Amma hər adam bunu bacarmır”./modern.az

Manevr.az

Azərbaycanlı məşhur AŞIĞIN 50-dən çox "KamAZ"ı var?

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar