Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Təranə Qumral Könül Xasıyevanın çağırışına YOX dedi: "Nazəninlə..."

Tarix: 31-12-2017 12:26     Baxış: 21 282 A- / A+
Təranə Qumral Könül Xasıyevanın çağırışına YOX dedi: "Nazəninlə..."

Xəzər TV-də yayımlanan "Səni axtarıram" proqramında Xalq artisti Könül Xasıyeva qalmaqal yaşayan müğənnilər Nazənin və Təranə Qumralı barışdırmaq üçün öz evinə dəvət edib.

Məsələ ilə bağlı Təranə Qumralla əlaqə saxladıq. O, dünənki verilişdə K.Xasıyevanın təklifinə "hə" desə də, saytımıza açıqlamasında Nazəninlə heç vaxt barışmayacağını bildirib: "Könül xanım bizi evinə dəvət etdi. Onun sənətinə, özünə hörmətim böyükdür. Sənətinin qarşısında baş əyirəm. Onu o qədər çox istəyirəm ki, canımı belə qurban verərəm. Bu gün zəng edib deyəcəm ki, Könül xanım sizinlə dünyanın axırınadək gedərəm. Lakin barışmaq üçün etdiyiniz bugünkü çağırışa çox təəssüf hissi ilə yox deyəcəm. Dünən Könül xanımın qəlbinə dəyməmək üçün gələcəyimi dedim. Hazırda səhhətində problem olsa da, çox pozitivdir. İstəyir ki, hər kəsə yaxşı enerji verib, simasında gülüş yaratsın. Onun bu addımını alqışlayıram. Könül xanım bizim böyük sənətkarımızdır. Ancaq mən Nazəninlə barışmaq istəmirəm, heç vaxt da barışmayacam. Başqa bir vaxt onun evinə gedib ziyarət edəcəm. Üzrlü bilsin, sözünü yerə salmaq istəməzdim".

Qeyd edək ki, Nazənin və Təranə Qumral qalmaqalı bir neçə gündür "Səni axtarıram" proqramında müzakirəyə çıxıb.sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar