Xəbər lenti
Boşanan müğənni ərinin 500 milyonluq təklifini rədd etdi: Villaları istəyir

Türkiyəli müğənni Ebru Gündeş hazırda həbsdə olan İran əsilli iş adamı Rza Zərrabdan ayrılması xəbəri bir neçə gündür ki, mətbuatın gündəmini zəbt edib. Ebru Gündeş ərindən heç nə tələb etmədiyini bildirsə də, müğənni haqda yeni iddialar səsləndilib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi qızı üçün ərinin təklif etdiyi 500 milyon lirəyə razılaşmayıb. Özü üçün qəpik istəmədiyini, qızı Alaranın gələcəyini düşünməli olduğunu deyən müğənninin İstanbuldakı iki villadan birini, Bodrumdakı villanı, Mayamidəki evi də istədiyi iddialar arasındadır.
Qeyd edək ki, hazırda ABŞ-da məhbəs həyatı yaşayan R.Zərrab vəkili Volga Gökçe tərəfindən mediaya çatdırıb ki, müğənninin boşanma tələbini iyulun 13-də R. Zərraba çatdırılıb. Son günlər isə E. Gündeş prosesin sürətləndirilməsini tələb edib. Nəhayət, dünən boşanma vəkalətnaməsi R.Zərraba çatdırılıb.
Rza Zərrab bəyanatında bunları bildirib: “13.09.2016-cı ildə arvadım Əbru Gündəş vəkili vasitəsilə tərəfimə boşanmaq istədiyini çatdırıb, eyni zamanda prosesi dərhal yekunlaşdırmaq üçün yenə də vəkili vasitəsilə mənə təzyiq göstərib və son olaraq 23.09.2016-cı il tarixdə boşanma vəkalətnaməsini tərəfimə göndərmiş vəziyyətdədir. İçərisində yer aldığım bu sıxıntılı mərhələyə baxmayaraq arvadımın boşanma qərarını hörmətlə qarşıladığımı ictimaiyyətə bildirirəm”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar