Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Könül Xasıyevanın bu qədər borcu var

Tarix: 24-12-2017 13:50     Baxış: 71 178 A- / A+
Könül Xasıyevanın bu qədər borcu var

Könül Xasıyevanın bu qədər borcu varKönül Xasıyeva: "Sağ olsunlar, mənə ev verdilər, indi axı necə deyim ki, 50 min manat borcum var"
Xalq artisti Könül Xasıyeva dünən xəstəxanaya yerləşdirilməli idi. Son durumla bağlı xanəndənin özü ilə əlaqə saxladıq.
Könül Xasıyeva "Şərq"ə açıqlamasında bunları söylədi:
"Respublika Mərkəzi Klinik Xəstəxanada həkimlə danışdım. Dedilər ki, bir neçə gündən sonra bayram günləri olduğu üçün həkimlər işdə olmayacaq.
Ona görə də bayram günləri bitdikdən sonra xəstəxanaya yerləşmənizi məsləhət edirik. Bu müddətdə isə evdə müalicə olunmaq üçün dava-dərman yazdılar. Yeni ilə qədər ev şəraitində müalicələrim davam edəcək. Ən acınacaqlısı isə odur ki, müalicəm, dava-dərmanım üçün heç bir imkanım yoxdur. Dava-dərmanı almaq üçün beş manat əlavə pulum yoxdu.
4 ildən artıqdı heç bir məclisə getmirəm. Hardan gəlirim ola bilər ki? 50 min manat borcum var. Sağ olsun dövlətimiz, Mehriban xanım Əliyeva, məni evlə təmin edib. Amma mən onlara hər çətinliyimi deyə bilmərəm ki… Dövlət mənə ev verib. Mən indi necə deyim ki, mənim 50 min borcum var, buna görə də köməyə ehtiyacım var. Sağ olsunlar ki, məni evsiz qoymadılar. Amma dolanışıq üçün pul lazımdı. Mənim isə nə qazanmağa imkanım var, nə də səhhətim imkan verir ki, beş manat gəlir əldə edim. Çox acınacaqlı durumdayam.
Deyirlər efirə çıx, dərdini söylə, bəlkə kömək edən olar. Nə deyim? Görünən dağa nə bələdçi? Nə gündə olduğumu görənlər görür. Əgər kimsə kömək etmək istəsə, onu efirdən kənarda da edə bilər. O qədər imkanlı iş adamlarımız var ki, onlar mənə kömək edə bilər. Mənim tək ümidim budu. Mənim bu borclardan canım qurtarsa, rahat nəfəs ala bilərəm. Dərd çəkməyə artıq gücüm də qalmayıb. Bilmirəm bayrama qədər vəziyyətim necə olacaq".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar