Sizin Reklam Burada
Xəbər lenti
11-05-2024
10-05-2024
BÜTÜN XƏBƏRLƏR

Fədayə Laçın bacısına yalvardı: “Ona de, məni bağışlasın”

Tarix: 20-12-2017 16:46     Baxış: 5527 A- / A+
Fədayə Laçın bacısına yalvardı: “Ona de, məni bağışlasın”


İlahə Fəda bacısı Fədayə Laçın həbsdən buraxılandan sonra səhnə fəaliyyətini bərpa edəcək.
Manevr.az bildiri ki, yeniçag.az-a açıqlama verən İlahə artıq telekanallardan dəvət də aldığını deyib:


“Müəyyən vaxt ərzində yaradıcılığıma fasilə verdim. Çünki bizneslə məşğul olmağa başladım. Məqsədim də anama, bacılarıma kömək etmək idi. Buna görə toylara da getmədim. Lakin müflis oldum. Efirlərə çıxmasam da, müxtəlif ölkələrdə silsilə konsertlər vermişəm. Lakin heç vaxt konsertlərimi reklam etməmişəm. Çünki reklam üçün pul xərcləmək lazımdır. Mən də bunu istəməmişəm. Bu gün də yaradıcılığımla məşğulam. Hələ üzə çıxarmadığım o qədər mahnılar var ki… İnşallah, onları bir-bir dinləyicilərimə təqdim edəcəm. Artıq bir neçə telekanaldan dəvətlər də almışam. Lakin hələ gözləyirəm. Çünki həyatımın ən ağır dönəmlərindən birini yaşayıram. Düşünürəm ki, efirə çıxsam, ağzıgöyçəklər min cür söz qoşacaq. Deyəcəklər ki, utanmır, bacısı həbsdə əziyyət çəkir, amma bu çıxıb efirdə mahnı oxuyur”.

İlahə bacısı ilə duet də oxuyacağını bildirib:

“Bizim Fədayə ilə birgə məclislərdə oxuduğumuz canlı duetlərimiz var. İnşallah nə vaxtsa, yenidən duetlər ifa edib, yazdırarıq. Hələ ki, gec deyil”.

Sənətçi bacısının həbsindən də danışıb:

“Həbsdən sonra bacımın üzünü görməsəm də, telefonla danışırıq. Sonuncu dəfə zəng edəndə yalvardı ki, anama denən, məni bağışlasın. Bilir ki, anam, bacılarım ona görə çox əziyyət çəkir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar