Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Afaq Gəncəli Röyaya qadağa qoyub? - AÇIQLAMA

Tarix: 19-12-2017 10:07     Baxış: 5337 A- / A+
Afaq Gəncəli Röyaya qadağa qoyub? - AÇIQLAMA
Dünən efirə gedən "ATV maqazin onlarla" verilişində əməkdar artist Röya Ayxan "Hit parad"dan çıxarılıb.

Prodüser Tarix Əliyevin təyin etdiyi onluqda Röya Ayxanla bağlı söhbətlər getsə də, onun adı çəkilməyib. Sənətçinin "Səndən başqa" mahnısı da verilişin top onluğundan kənarlaşdırılıb.

Manevr.az publika.az-a istinadla bildirir ki, buna səbəb Röya Ayxan və proqramın aparıcısı Afaq Gəncəli arasında yaşanan gərginlik olub. Belə ki, Röya Ayxan hotellərin birində Afaqa zəng edərək, ifaçı İradə İbrahimovanın verilişdə ona qarşı olan fikirlərinə irad bildirib. O, Afaq və komandasını İradəni onun üstünə qaldırmaqda ittiham edib. Buna görə də, hər iki məşhur arasında gərginlik yaranıb. Afaq Gəncəli isə komandasına bundan sonra Röya barədə heç bir məlumatın verilməyəcəyi barədə təlimat verib.

Məsələylə bağlı Afaq Gəncəli ilə əlaqə saxladıq. O, saytımıza açıqlama verərək, yayılan məlumatı təkzib etdi: "Bizdə heç kimə qadağa yoxdur. Qapımız hər zaman hamının üzünə açıqdır. Röya isə dostumuzdur, ona heç olmaz".

A.Gəncəli Röyanın ona zəng edərək irad bildirmə məsələsinə də toxunub: "Röyadan bizə qarşı heç bir irad olmayıb".

Qeyd edək ki, məşhurlar arasında qalmaqal məhz "Atv maqazin onlarla" proqramında İradə İbrahimovanın çıxışından sonra başlanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar