Xəbər lenti
Rza Zərrabla Ebru Gündeş də boşanır -FOTO

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş ABŞ-da həsdə olan Azərbaycan əsilli iş adamı Rza Zərrabla boşanır.
Manevr.az AzNews.az-a istinadən xəbər verir ki, bu haqda Zarrab vəkili vasitəs ilə açıqlama verib. O qeyd edib ki, boşanma təklifi Ebru Gündeşdən gəlib: “13.09.2016 tarixində Ebru Gündeş mənə vəkili vasitəsi ilə boşanmaq istədiyini bildirib. Boşanma prosesini tez bitirməyim üçün mənə təzyiq edilib. 23.09.2016 tarixində isə boşanma ərizəsi rəsmi olaraq göndərilib. Sıxıntılı vəziyyətimə baxmayaraq həyat yoldaşımın boşanma qərarını hörmətlə qarşılayıram və bunu ictimaiyyətə bəyan edirəm”.
Qeyd edək ki, Rza Zərrab 19 mart 2016-cı il tarixində Mayamidə saxlanılıb. 4 gün sonra isə dövləti aldatmaq, bank hesabları ilə oynamaq, “çirkli pullar”ın yuyulması maddələri ilə ABŞ-da həbs edilib. Ebru gündeş və Rza Zərrab cütlüyünün Alara adlı bir qızı var.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar