Sizin Reklam Burada
Xəbər lenti
30-04-2026
29-04-2026
BÜTÜN XƏBƏRLƏR

Uşaq evində böyüyən Samiraldo bacısını tapdı - İLLƏR SONRA - VİDEO

Tarix: 14-12-2017 20:41     Baxış: 6776 A- / A+
Uşaq evində böyüyən Samiraldo bacısını tapdı
Azərbaycanlı stilist Samiraldo (Samir Əliyev) uzun illər sonra doğma bacısını tapıb.
Manevr.az xəbər verir ki, dəb ustası bu barədə ilk dəfə lent.az-ın canlı yayımında deyib: "İllər sonra bacımı tapdım. Bacımın uşağı da var. Ona görə də ailə qurmayacam. Elə hiss edirəm ki, bacımın uşağı öz uşağımdır. Bütün həyatımı onlara həsr edirəm. Bacım özü məni axtarıb tapdı. Sənətdə atamızın, anamızın adı eyni olduğuna görə, əmin oldum ki, bu mənim bacımdır. İlk görüşümüzün təəssüratı yaxşı oldu. Bacı elə mənim üçün bacıdır. İllərdir ki, onu görməyi arzu edirdim”.
Samiraldo onu da əlavə edib ki, qardaşı ilə anasını heç bir zaman qəbul etməyəcək: "Nə qardaşımı, nə də anamı qəbul edəcəm. Mən heç kimdən küsməmişəm. Sadəcə, mən elə ağır həyat keçirdim ki, düşünürəm, bunları bağışlamaq olmaz. Bu, Allaha da xoş olmaz. Bu insanlar mənim həyatımla oynadılar. Elə onlar mənim həyatımda olmasalar yaxşıdı. İnanmıram ki, gələcəkdə onlarla barışam. Onlar barədə danışmağı evdəkilərə də qadağa qoymuşam. Çünki qəlbim sınıb. Özü də çox sınıb”.
Xatırladaq ki, stilist Samiraldo uşaqlar evində böyüyüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar