Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Məni niyə biabır edirsən?” - Maral porno videodan danışdı

Tarix: 08-12-2017 09:30     Baxış: 5620 A- / A+
“Məni niyə biabır edirsən?” - Maral porno videodan danışdı


Bu günlərdə sosial şəbəkələrdə müğənni Maral Tahirqızıya məxsus olduğu iddia edilən intim video yayılıb.

Manevr.az xəbər verir ki, bu haqda musavat.com-a danışan müğənni Maral Tahirqızı şəxsin icazəsi olmadan görüntülərinin yayılmasını qanunsuzluq adlandırıb: “Özünə, şərəfinə hörmət edən adam onu yaymaz. O video mənə heç nə edə bilməz. Adi küçədən keçən adamın belə, şəklini, videosunu çəkmək olmaz. Bu, insan hüquqlarına ziddir. Bir də o video ilə reytinq toplamaq da doğru deyil. Mənim qardaşım, bacım, yaxınlarım var. Axı, sən məni niyə biabır edirsən?”

Müğənni videodakı xanımın o olmadığını deyib:
“Videodakı mən deyiləm. Bunu mənim sənətimə, şəxsiyyətimə xələl gətirmək, məni gözdən salmaq üçün ediblər. Sadəcə həbsxanaya düşdüyümə görə belə edirlər. Halbuki, heç hakim məhkəmədə o pis adı mənə qoya bilməyib. Çünki ortada fakt, sübut yoxdur. Hələ bu günə qədər heç kəs, heç bir yaxınım görməyib ki, Maral xanım bir kişi ilə qol-qola gəzsin, evinə girsin. Əgər elə olsaydım, indi çoxdan başqa yerlərdəydim”.

Müğənni həmin videonun məqsədli şəkildə hansısa jurnalist tərəfindən yayıldığını deyib:
“Mən bilirəm ki, o, bir jurnalistdir. Hətta onun nömrəsi mənim telefonuma düşüb. Ola bilsin ki, onun arxasında hansısa qüvvələr dayanıb”.

Müğənni məhkəməyə müraciət etməyəcəyini də qeyd edib:
“Bilirsiz, dünya miqyasında ulduzlar o cür videolara çəkilib, çoxlu pul alırlar. Bu isə mənə yaraşmaz. Mən zamanında Kənd Təsərrüfatı Nazirliyinin iqtisadiyyat şöbəsində çalışmışam. Bundan əlavə də müxtəlif sahələrdə işləmişəm, yəni o səviyyədə olan adam deyiləm. Bütün bunlara görə məhkəməyə müraciət etməyəcəm. Çünki yayılan videolarda mənim fikirlərim yazılıb ki, oradakı mən deyiləm”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar