Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda müğənni aparıcıya hücum etdi

Tarix: 30-11-2017 14:07     Baxış: 4298 A- / A+
Azərbaycanda müğənni aparıcıya hücum etdi
"Space" kanalında, aparıcı Şəbnəm Turanın təqdimatında yayımlanan “Nahara qədər dedi-qodu” verilişinin çəkilişi zamanı insident yaşanıb.

Şəkilişdə qonaq olan müğənni Vüqar Muradovla aparıcı arasında dava düşüb. Buna Ş.Turanın müğənniyə estetik əməliyyatla bağlı verdiyi sual səbəb olub. Sualdan qəzəblənən Vüqar özündən çıxaraq ayağa qalxıb, söyüş söyüb, aparıcını təhqirlərə məruz qoyaraq, studiyanı tərk edib. “Bu saat buraları dağıdaram, mənə belə sual verən adamı yox edərəm” deyən müğənni çəkiliş heyəti tərəfindən güclə sakitləşdirilib və yenidən studiyaya qaytarılıb.

Məsələ ilə bağlı verilişin aparıcısı Şəbnəm Turanla əlaqə saxladıq. O, xəbəri təsdiqlədi:

“Bəli, təəssüf ki, verilişin çəkilişi zamanı belə bir xoşagəlməz hadisə yaşandı. Mən aparıcıyam, qonağıma istənilən sualı verməyə ixtiyarım var. Vüqara estetik əməliyyatla bağlı sual verdim. Özündən çıxdı, “vuraram, yıxaram” – deyib, studiyanı tərk etdi. Ona yalvaran da olmadı ki, geri qayıt. Özündən çıxdığı kimi də sakitləşərək studiyaya qayıtdı. Əslində, burda qızışmağa da ehtiyac yox idi. Vaxtilə “Yeni ulduz” layihəsində oxuduğu zaman münsif Ruhəngiz Qasımova da ona demişdi ki, Vüqar, üzündə estetik əməliyyat etdirsən yaxşı olar. Vüqar özü də dəfələrlə efirlərdə bununla bağlı danışıb. Mən anlaya bilmirəm ki, sualım niyə onu belə özündən çıxartdı? Bu müğənnilər belədir. Vaxtilə özlərini reklam etdirmək üçün kameralardan sallanırdılar, indi göylə gedirlər”. //yeniçaq.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar