Sizin Reklam Burada
Xəbər lenti
12-05-2024
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

Namazı unutdum, pis vərdişlərə qurşandım… Aydın Xırdalanlının peşmanlığı

Tarix: 28-11-2017 19:42     Baxış: 3990 A- / A+
Namazı unutdum, pis vərdişlərə qurşandım… Aydın Xırdalanlının peşmanlığı
Tanınmış meyxanaçı Aydın Xırdalanlı xeyli zamandı efirlərdə görünməməsinin səbəbini açıqlayıb.

Manevr.az xəbər verir ki, yenicag.az-a danışan Xırdalanlı səhhətindəki problemlərdən şikayətlənib. Pis vərdişlərə qurşandığını deyən meyxanaçı bunu tərgitmək istəmədiyini də vurğulayıb:

“Efirlərə çıxmıram, arada məclislərə gedirəm. Əhval-ruhiyyəm də yaxşı deyil. Kaş əvvəlki vaxtlarıma qayıdaydım. 1995-ci ildə ağlı başında adam idim. Füzulinin kitablarını oxuyub ağlayırdım. Çoxlu mütaliə edirdim. Məsciddə namaz qılıb, Allaha dua edirdim. Allah dualarımı eşitdi və mənə şöhrət göndərdi. 2001-ci ildə namazı unudub, meyxana deməyə başladım. Kaş ki, o şöhrət heç məni tapmayaydı. Dəyişdim. Söz yox ki, yenə də həmin sadə oğlanam. Amma başladım pis vərdişlərə qurşanmağa. Bu meyxana sənəti elədir ki, 95 faiz ağırlıq beyinin üzərinə düşür. Meyxana deyəndə beyin hüceyrələri oyanır, yorulursan. Toya gedirsən, beyin yorğun olur. Bir-iki nəfərin acı sözü, bir yandan da toydakı insanların mənfi aurası adamı halsız edir. Gecə yarısı saat 3-də evə gəlirsən, gözünə yuxu getmir. Səhər saat 9 olur və sən hələ də yatmamısan. Məcbur olub, pivədən-araqdan vurursan. Səhhətim də əl vermir. Ürəyim ağrıyır, narahatlıqlarım çoxdur. Bu vərdişləri tərgidə bilmirəm. Əslində istəmirəm də tərgidim, çünki bacarmıram. Sərxoş olanda, bir-iki qafiyə deyib ayılıram”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar