Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
12-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Görsə ki, əlimdə telefon var, evim yıxıldı" - Xatirənin əri ilə bağlı etirafları

Tarix: 22-11-2017 23:21     Baxış: 5270 A- / A+
"Görsə ki, əlimdə telefon var, evim yıxıldı" - Xatirənin əri ilə bağlı etirafları
Müğənni Xatirə İslam şəxsi həyatı ilə bağlı etiraflar edib.
"Hər şey daxil” verilişinin qonağı olan sənətçi həyat yodaşından razı olduğunu bildirib:

"Allaha şükür, necə arzulamışdımsa, ailəm elə də oldu. Biz tanış olanda yoldaşım dedi ki, "sənə 3 sualım var”. İkisi yadımdan çıxıb, biri bu idi ki, "Maşında gedəndə pəncərədən çölə zibil atırsan?”. Dedim, nə danışırsan, heç vaxt. Amma yalan danışmışdım, atırdım. Onun sualından sonra düşündüm ki, görün, nə qədər diqqətcil adamdır, mənə bu sualı verir. Həmin vaxtdan daha pəncərədən çölə heç nə atmıram. Fikirləşirəm ki, onu kiminsə anası, bacısı süpürür”.

Xatirə 6 illik ailə həyatı boyunca söz-söhbətlərinin olduğunu da bildirib:

"Mənim yoldaşımın adı "sakit ölüm”dür. Həmişə 2-3 aydan bir yüngülvari evdə söz-söhbət olur. Ailədir də, sözümüz çəp gəlir. Biz küsəndə kefim olmur, qanıqara otururam.

Heç vaxt deməmişəm ki, kaş bununla ailə qurmazdım. Çünki o insanın xarakterindəki hər şey məni qane edir. Məsələn, yayda biz dalaşmışdıq, 20 gün danışmadıq. Dalaşanda adam adama deyə bilər də "boşanacam”. Amma hələ boşanma dərəcəsinə çatdırmamışıq. Bizdə hər şey yaxşıdır. Amma arada o məni başa düşmür. Mənim işim bəllidir, o isə məni anlamır. Məsələn, idmandan gəlir deyir, niyə mənim yeməyim yoxdur? Mən onu başa sala bilmirəm ki, çatdırmıram, işlərim var. Əgər o, evə gələndə görsə ki, mənim əlimdə telefon var, evim yıxıldı. Çünki deyəcək ki, sən səhərdən oturmusan İnstaqramda, yemək də ona görə yoxdur. Ona başa sala bilmirəm ki, evə indi çatmışam, İnstaqramı da ona görə açmışam ki, görüm məni kim söyüb onu silim. İnstaqrama kefimdən girmirəm”.

X.İslam həyat yoldaşının telefonundakı mesajları oxuduğunu da etiraf edib:

"O özü ingilis dilini təmiz bilir, tərcüməçidir. Alman dilini də öyrənir. Bütün mesajlarını da ingilis dilində yazır. Gecə mesajlarını "skrin” eləyib qardaşıma atıram ki, gör bu nədir? Qardaşım tərcümə eləyib mənə atır. Görürəm ki, çox qapalı yazır. Yəni bu mesaj qıza da, oğlana da yazıla bilər (gülür)”.

Qeyd edək ki, Xatirə Fəxrəddin adlı şəxslə ailəlidir. Cütlüyün bir oğlu var.azxeber.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar