Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Anam dedi ki, Elzaya baş qoşma..." - Rəqsanə

Tarix: 21-09-2016 16:37     Baxış: 4272 A- / A+
"Anam dedi ki, Elzaya baş qoşma..."

Müğənni Rəqsanə İsmayılova əməkdar artist Elza Seyidcahanın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı bildirib ki, boş-boş yaradılan qalmaqallar ona lazım deyil:

"Neçə gündür ki, məni istəyən dəyərli dostlarım yazırlar ki, niyə Elza Seyidcahana cavab vermirsiniz? Bu həyatda hər birimiz qonağıq. Allah bizə ağıl, dərrakə verib. Elza anadır və iki övladı var, onu istəyən insanlar mövcuddur. Əgər o, xanım nə isə deyibsə, mənim cavab verməyim düzgün çıxmır. Biz hamımız Azərbaycan xalqının nümayəndəsiyik, bir millətik. Düşmən deyilik ki, bir-birimizi qıraq. Mən bu haqda Elza xanımın özünə yazdım. Heç bir müğənniylə problemim yoxdur. Həyatda qorxum yalnız Allahımdandır.

Heç kimdən nə çəkinirəm, nə də qorxuram. Sadəcə, insanları bezdirən boş-boş qalmaqallar mənə lazım deyil. İki övladım var, onları düşünürəm. Bizim o yaşımız deyil, ayıbdır. Onsuz da səhvimiz çox olur. Elza xanımın etdiyi günahı, səhvi Allah bağışlasın. Anamın fikirləri mənim üçün çox önəmlidir.

O mənə dedi ki, bala, nə deyib, Allah canını sağ eləsin, boş ver, baş qoşma. Yəqin, siz də mənim fikirlərimi yaxsı qarşılayarsınız. Həyatda ən gözəl düzgünlük susmaq, cavab verməməkdir.
Bir-birimizə hörmət edək. Vallah, bu sənətdə heç bir xanımın və kişinin pis gününü istəmərəm. Hər zaman yaxşı olsunlar".

Xatırladaq ki, Elza Seyidcahan Rəqsanə İsmayılovanın şou-biznesə dərəbəylik gətirdiyini iddia etmişdi:

"Rəqsanə kimiləri efirə çıxandan sonra özbaşınalıq oldu. Efirdə dalaşdılar, sponsor məsələləri müzakirə olundu. Bütün hamısı adət-ənənəmizə, tərbiyəmizə zidd olan hadisələrdir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar