Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

"O, əsl kişi idi" - Elza Qocanın ölümünə yanıb-töküldü

Tarix: 04-11-2017 21:50     Baxış: 5384 A- / A+
"O, əsl kişi idi"
Əməkdar artist Elza Seyidcahan Fədayə Laçınla "Qoca” ləqəbli avtoritet Etibar Məmmədova balet həsr edib.

Manevr.az xəbər verir ki, bu barədə yenicag.az-a açıqlama verən sənətçi sevginin böyük qüvvə olduğunu bildirib:

"Fədayənin həbsə düşməsi xəbəri məni çox sarsıtdı. Sanki onunla bərabər mən də həbsdəyəm. Mən o "Qoca” deyilən avtoritetin videolarını izlədim. Fədayə ona sarılmışdı. Görünür ki, mərd, sözünü deyən oğlan imiş. Əsl kişiymiş. Fədayənin də mərd kişiyə ehtiyacı olub deyə, onu sevib. Əslində, bəlkə də Fədayə onu bir ana, bir bacı kimi qorumaq istəyib. Kaş ki, Etibar heç həbsdən qaçmayaydı, vaxtını gözləyəydi. Bəzi kişilər var, sevdiyini darda qoyur, qaçır. Amma qadınlarımız hər zaman sevgilərinin arxasında dayanır. Fədayə də bəlkə onu qorumaq üçün belə edibmiş. Artıq Etibar yoxdur, Allah Fədayənin də qapısını açsın. Oğlum da onu çox istəyir. Uşaq vaxtı deyirdi ki, ana, böyüyəndə çoxlu pulum olsa, Fədayə Laçına sponsorluq edəcəm. Mən bu sevgiyə həsr olunmuş balet yazdım, adı da belədir: "Etibarda əfsənəyə dönmüş Qoca Fədayənin fədası””

Bəs görəsən Elza özü nə vaxtsa avtoritetə aşiq olardımı?

Sənətçinin cavabı belə oldu:

"Heç kim heç nədən sığortalanmayıb. Hər qadın ağ atlı oğlanı gözləyir. Və o oğlan gələndə gözübağlı atın tərkinə minib gedir, baxmır ki, o adam avtoritetdir, quldurdur, yoxsa oğrudur. Fədayə də o atın tərkinə minib getdi”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar