Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Onlar qanun qarşısında cavab verəcəklər" - Məleykə hədələdi

Tarix: 01-11-2017 15:08     Baxış: 5309 A- / A+
"Onlar qanun qarşısında cavab verəcəklər"
“Qürurum hər şeydən üstündür. Mənim varlığıma toxunan hər kəs vəkilim qarşısında cavab verəcək”.

Bu sözləri xalq artisti Məleykə Əsədova “Show time” verilişində deyib.

Aktrisa ünvanına xoşagəlməz sözlər deyənləri məhkəmə ilə hədələyib:

“Hər gün yuxudan duran kimi Allaha dua edirəm ki, sevənlərimi və məni xətadan, bəladan, mərdimazardan, şeytan ruhlu insanlardan uzaq elə. Təbii ki, bu həyat varsa, belə şeylər olacaq. Əslində mən istəməzdim ki, bu mövzuda danışım. Var olan insana daş atarlar. Bu mövzularda danışmaq mənim ruhuma uyğun deyil.

Zamanım yoxdur ki, başqasının həyatına müdaxilə edim. Mənfi yazıları oxumuram, hətta ətrafımda olan insanlara da deyirəm ki, mənə bu barədə məlumat verməyin. Heç vaxt lazımsız bir şeyə daş atmazlar.

İllərdir mənə qarşı qara piyar edənlərə qarşı susmuşam. Barəmdə şər-böhtan danışan insanlar məhkəməyə verilib. Heç kimə icazə vermərəm ki, ailəm barədə nəsə desin. Çünki mən sevgi ilə doğulmuş bir ailədə böyümüşəm. Atam və anamdan daim bir-birlərinə qarşı sevgi görmüşəm.

Belə də ruhda qızımı dünyaya gətirmişəm. İndi də sevgimi qızıma verirəm. Heç kimə icazə vermərəm ki, barəmdə artıq-əskik nəsə desin. Mənim səs yazım və icazəm olmadan açıqlamamı yazan jurnalistlər qanun qarşısında cavab verəcək. Bu işlə mənim vəkilim məşğul olur. Buna da məcbur oldum. Çünki 28 ildir ki, səhnədəyəm, daim mənə kimlərsə söz atıb. Kimsə adımı çəkib məşhurlaşır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar