Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Aparıcı və müğənni qalmaqalında yeni təfərrüatlar

Tarix: 18-09-2016 18:08     Baxış: 3250 A- / A+
Aparıcı və müğənni qalmaqalında yeni təfərrüatlar




















Samir Piriyev: “Kamran Həsənlinin dələduzluğu sübut olunub”

Kamran Həsənli: “Niyə yalan danışırlar, bu, sual altındadır... “

Aparıcı Kamran Həsənli ilə müğənni Samir Piriyev arasında yaranmış qalmaqal səngimək bilmir. Belə ki, ötən gün müğənni axşam.az saytına açıqlama verərək aparıcı Kamran Həsənli ilə bağlı olan məhkəmə işində yeni məqamların ortaya çıxdığını, qarşı tərəfin dələduzluğunu sübut edən faktlar toplanıldığını bildirib:

"Artıq xeyli vaxtdır davam edən cinayət işinin araşdırmasında sonra istintaqa məlum oldu ki, Kamran Həsənli Türkiyədə heç bir işə pul qoymayıb. Bəlli oldu ki, qardaş ölkədə heç bir hesaba pul köçürülməyib. Kamran məndən dələduzluq yolu ilə aldığı pulu heç ölkədən kənara çıxarmayıb. Türkiyədən gələn bütün sənədlər artıq Kamran Həsənlinin dələduzluğunu sübut edib”.

Müğənni onu da qeyd edib ki, məsələ ilə bağlı gələn həftə mətbuat konfransı keçirib, himayədarların kimliyini, onlarla bağlı sübutları, istintaqa mane olan vəzifəli şəxslərin adlarını çəkib, ölkə başçısına müraciət ünvanlayacaq.

Haqqında səslənən ittihamlarla bağlı aparıcı Kamran Həsənli ilə əlaqə saxladıq. Aparıcı ittihamların əsassız və bundan öncə də səslənən yalanların təkrarı olduğunu qeyd etdi:
“Bu artıq neçənci dəfədir ki, açıq-aşkar mətbuata yalan məlumat verilir. Bundan öncə də demişdilər ki, guya bacım Gülər Həsənlinin ölkədən çıxışına qadağa qoyulub. Halbuki, heç bir qadağa olmayıb. Bacım yayda müəyyən işləri və istirahəti ilə bağlı xaricə getdi, gəldi.
Niyə yalan danışırlar, bu, sual altındadır”.


Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.(musavat.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar