Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Zaur Kamaldan onu təhqir edənlərə cavab : "Hətta rəhbərlik mənə dedi ki..."

Tarix: 28-10-2017 16:49     Baxış: 6297 A- / A+
Zaur Kamaldan onu təhqir edənlərə cavab
"Xəzər TV-də yayımlanan "5/5" verilişinin aparıcı Zaur Kamal sərt reaksiya ilə qarşılaşıb.

Aparıcının efirdə müğənni Sevda Yəhyayeva və Şəbnəm Tovuzlunun makiyajını sildirməsi sosial şəbəkədə müzakirələrə səbəb olub:

"Utanmır? Belə aparıcı olar? Zaur getsin öz üzünün qrimini silsin", deyə insanlar rəy yazıb.
Manevr.az-in məlumatına görə, yenicag.az-a açıqlama verən Zaur Kamal haqqında yazılan şərhləri oxumadığını bildirib:

"Nə yazırlar yazsınlar, mən heç vaxt o şərhləri oxumuram. Qaldı ki, mənim üzümə nəsə çəkməyimə, heç vaxt qrim etməmişəm və etmərəm də. Bu mənim xarakterimə yaddır. Hətta rəhbərlik də mənə bildirib ki, efir üçün qrim etmək lazımdır, etiraz etmişəm".

Z. Kamal efirdə şou yaratmasının insanlar tərəfindən qıcıqla qarşılanmasını anlaya bilmədiyini deyib:

"Dünyanın hər yerində belə əyləncəli-şou verilişləri var və şou naminə hər bir aparıcı da nəsə edir. Başa düşə bilmirəm, niyə Azərbaycanda belə şouları hələ də qəbul edə bilmirlər? Yəqin ki, izləyicilərin belə şouları qəbul etməsi üçün hələ bizə onillər lazımdır. "5/5" verilişi şou-əyləncə formatlıdır. Müğənnilər də gəlir gülür-danışır və bunu da normal qəbul edirlər. Heç kim buna görə məndən incimir, incisəydi, Şəbnəm Tovuzlu da, Sevda da növbəti dəfə verilişimə gəlməzdi".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar