Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Həyat yoldaşından ayrılan aktyor ölkəni tərk etdi

Tarix: 17-10-2017 10:18     Baxış: 6252 A- / A+
Həyat yoldaşından ayrılan aktyor ölkəni tərk etdi
Rusiyanın Kovçeq teatrında çalışan azərbaycanlı aktyor Eşqin Quliyev milli.az-a müsahibə verib.

Manevr.az xəbər verir ki, o, “Gənc Tamaşaçılar Teatrını həmişəlik tərk edib Sankt-Peterburqa köçmüsünüz. Hətta orada teatrda da çalışırsınız. Azərbaycanı tərk etməyinizə səbəb nə idi?” sualına cavabında maddi imkanlarla bağlı yaranan problemlərə görə vətəni tərk etdiyini deyib.

“Rusiyada teatr sahəsi çox inkişaf edib. Hətta deyərdim ki, dünyada ən böyük teatr məktəbi bu ölkədədir. Həmişə istəmişəm ki, Rusiya teatrlarından birində çalışım. Şükür Allaha ki, buna da nail oldum. Hal-hazırda Rusiyanın Kovçeq teatrında fəaliyyətimi davam etdirirəm. Rusiyaya köçməyimin digər bir səbəbi isə maddi imkanlarımla bağlı idi. Mən Sumqayıtda yaşayırdım və qazandığım məvacib yolpuluna gedirdi. Buna baxmayaraq, sənət eşqi ilə alışıb-yanırdım. Bütün bu səbəblər mənim Azərbaycanı tərk edib, Rusiyaya köçməyimlə nəticələndi”, - deyə o bildirib.

Aktyor “Həyat yoldaşınız, Əməkdar artist Gülər Nəbiyeva ilə eyni teatrda çalışırdınız. O da sizinlə birlikdə Sankt Peterburqa gəldi?” sualına belə cavab verib: “Xeyr, Gülər xanım Gənc Tamaşaçılar Teatrında çalışır. Biz bir neçə ay olar ki, ayrılmışıq. Mən Güləri həmişə çox istəmişəm, indi də istəyirəm. Gülər mənim üçün Azərbaycan qadını simvoludur. Sənətinə də böyük hörmətim var. Həyatdır, hər şey olur, bizdə də belə oldu. Ayrılmağımıza səbəb isə özəl məsələlər idi. 7 il ailəli olduq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar