Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Arif Quliyev şairin ittihamlarına cavab verdi - "Pul almamışam... "

Tarix: 16-09-2016 13:38     Baxış: 4210 A- / A+
 Arif Quliyev şairin ittihamlarına cavab verdi


Şair Yafəs Türksəs xalq artisti Arif Quliyev barəsində qalmaqallı açıqlamalar verib. O, teleqraf.com-a verdiyi müsahibəsində qeyd edib ki, Arif Quliyev başda olmaqla, bütün aktyorlar idarələrdən, vəzifəli şəxslərdən pul alır:

“Mən beş-altı yerə getmişəm, görmüşəm, Arif Quliyev məndən əvvəl gedib. Özü də aktyorlara çox verirlər, nəinki yazıçılara... Ən axmaq aktyora 100 manat verirlər...
Bütün getdiyim idarələrdə Arif Quliyevi görmüşəm. Xalq artistidir, kafesi də var. Şairlər acından gedir, Arif Quliyev öyrəncəlidir”.

Məsələyə aydınlıq gətirmək üçün xalq artisti Arif Quliyev ilə əlaqə saxladıq. Aktyor:

“O şairi tanımıram. İndi durub onunla dilləşən deyiləm ki. Deyib, deyib də, bu yaşımda intriqaya qoşulum?

Mən kiməm ki, vəzifəli şəxslərdən pul alım, iraq olsun. O şair gəlsin, görüşək, desin ki, kimdən nə almışam. Mənim elə vəzifəm, işim yoxdur axı. Mənim heç bağım yoxdur, villa görməmişəm. Bircə evim var, “xruşovka”dır, doqquz nəfər ailə üzvlərimiz ilə birgə yaşayırıq. Əgər pul alsaydım, 39 il “xruşovka”da yaşayardım? Heç xalq artisti adından istifadə edən adama oxşayıram? Kreditlə bankdan maşın almışam. Məni beş dəfə öldürüb, 5 dəfə də dirildib, gah da xəstələndiriblər. Xalq artisti, prezident təqaüdçüsüyəm, hazırda da pensiya məzuniyyətindəyəm. Mənə o qədər badalaq vurublar ki... amma mən həmişə başımı aşağı salıb sənətimlə onlara cavab vermişəm. Ən əsası odur ki, özün bilirsən, belə adam deyilsən. Heç bir “budkam” da yoxdur. Amma axşam ki, rahat yatırsan, nə alacağın, nə də verəcəyin var... ondan qiymətli şey yoxdur. Bir müğənni böyük sənətkar haqqında hey danışdı, o da cavab vermədi. Ən böyük ustalıq da odur. Mən də cavab vermirəm, Allah özü bilər”.

Xalq artisti digər aktyorların pul alması məsələsinə də toxundu:

“Eşitməmişəm ki, hansısa aktyor vəzifəli adamdan pul alsın”.(musavat.com)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar