Sizin Reklam Burada
Xəbər lenti
29-04-2026
28-04-2026
BÜTÜN XƏBƏRLƏR

Prokuror Aygün Bəylərin qardaşına 19 il 6 ay cəza istədi

Tarix: 28-09-2017 14:48     Baxış: 3293 A- / A+
Prokuror Aygün Bəylərin qardaşına

Qətl törətməkdə təqsirləndirilən dəstənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Manevr.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun məhkəməsinə hakim Cavid Hüseynov sədrlik edib.

Məhkəmədə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı Abbas Hümmətovun 19 il 6 ay, Fuad Məmmədzadənin 20 il, Elnur Alxazovun 20 il, Ramil Əsirovun 20 il, Elnur Əsirovun 20 il, Cavid Alxazovun isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bildirək ki, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonunda narkotik vasitə əkib, satıb pul qazanmaq qərarına gəliblər.

Birlikdə iş gördükləri Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməsindən şübhələniblər və onu öldürüblər.

Mərhum Elnur Hümmətov 2013-cü ilin may ayında itkin kimi axtarışda olub. Qətlin üstü 2016-cı ilin avqustun 30-da açılıb.

Tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar