Sizin Reklam Burada
Xəbər lenti
25-12-2025
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Aygünlə Natavanla 8 illik qalmaqal bitdi

Tarix: 12-09-2016 07:41     Baxış: 4289 A- / A+
Aygünlə Natavanla


Xalq artisti Aygün Kazımova ilə müğənni Natavan Həbibi arasında yaşanan 8 illik qalmaqala son qoyulub.

Manevr.az xəbər verir ki, xalq artisti “ATV maqazin Onlarla” verilişində ona barışıq əlini uzadan Həbibinin jestinə müsbət cavab verib:

“Mən Natavanın bu addımını yüksək qiymətlədirirəm və ona “hə” deyirəm. Əgər kiçik addım atıbsa, böyük canla-başla cavab verməlidir. Bu, mənim münasibətimdir. Kimsə başqa cür fikirləşirsə, fikirləşsin. Bəzən arada gəzənlər olmayan söhbətləri danışırlar. Məsələni aydınlaşdırmağa macal tapmamış, mikrofon uzanır və ara qarışır. Mən sülh tərəfdarıyam. İnsanları sevmək lazımdır. Arada yaşanan soyuqluq ömür boyu yaşana bilməz, qəlbdəki kin birinci insanın özünə zərərdir”.

Qeyd edək ki, “Nömrə 1” yarışmasında Natavanın Aygünə qalib gəlməsi onların münasibətlərini pisləşdirmişdi. Kazımovanın həmkarının erməni milliyyətinə mənsub olduğunu açıqlamasından sonra N.Həbibi xalq artistini onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, müğənni N.Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi.

Bir neçə həftə əvvəl isə N.Həbibi proqramda Aygün Kazımova ilə barışmaq istədiyini dilə gətirmişdi: “Deyəsən, böyümüşəm. Mən mehribanlıq, hər şeyin yaxşı olmasını istəyirəm. Amma bir şərtim var. Əgər səmimiyyət və istək olsa, hər şey yaxşı olacaq. Sənət və oyun üçün yox, insanlıq üçün sülh olmalıdır”.(musavat.com)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar