Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

İzzət Bağırovun mühafizəçisinin döydüyü şəxsin vəziyyəti ağırdır - FOTO

Tarix: 08-09-2017 12:32     Baxış: 6255 A- / A+
İzzət Bağırovun mühafizəçisinin döydüyü şəxsin vəziyyəti ağırdır

“Biz İzzətin həbs olunmasını istəmirik. Bir tək istəyimiz var, yoldaşım sağalsın”.
Manevr.az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında müğənni İzzət Bağırovun işçilərinin döydüyü Novruz Aslanovun həyat yoldaşı deyib.
O bildirib ki, N.Aslanov vəziyyəti ağır olaraq qalır: “Bizə dünən gəlib dedilər ki, istintaq getdiyinə görə, mətbuata açıqlama verməyin. Şəkillərdən görürsünüz ki, yoldaşımın vəziyyəti ağırdır. Hadisə baş verən gündən xəstəxanadayam. İzzət Bağırovun özü də gəlmişdi. Kömək təklif etdi, biz heç nə qəbul etmədik. Onlardan heçnə tələb eləmirik. Bir tək tələbimiz odur ki, yoldaşım sağalsın. Şikayət də etmirik. Allah özü bilən məsləhətdi. Allah özü onların cəzalarını versin. Son olaraq deyə bilərəm ki, yoldaşımın vəziyyəti elə ağır olaraq qalır”.
3 saylı Şəhər Kliniki Xəstəxanasından bildirilib ki, xəstənin vəziyyəti hazırda stabil ağırdır.
Qeyd edək ki, hadisə avqustun 31-də paytaxtın Nizami rayonunda yerləşən “Neolit” şadlıq evində olub. Belə ki, Novruz Aslanovun yaxın qohumlarının ali məktəbə daxil olması münasibəti ilə məclis təşkil edilib. Həmin məclisdə operator müğənnini yox, qonaqları çəkdiyi üçün gərginlik yaşanıb. İ.Bağırov isə “Tərbiyəsizlik niyə edirsiniz? Sənətkarı çəkmirsiniz” deyib. Bu isə məclis təşkilatçılarının xoşuna gəlməyib. Dava da bunun üstündə olub. Nəticədə İzzət Bağırovun Elçin adlı prodüseri məclis iştirakçılarından olan Aslanov Novruza “beşbarmaq”la zərbələr endirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb.
İzzət Bağırovun vəkili Ceyhun Yusifov da bildirib ki, artıq tərəflər barışıb: “Görüş zamanı barışıq əldə olunub. Zərərçəkən tərəf heç bir şikayət və tələbinin olmadığını bildirib. İzzətin köməkçisi Elçimlə bağlı hüquq-mühafizə orqanlarına şikayət və tələb olmadığı ilə bağlı ərizə verilib”.
İzzət Bağırovun mühafizəçisinin döydüyü şəxsin vəziyyəti ağırdır

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar