Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

“Yaşım az olsa da, çox şey görmüşəm” - Rahidə

Tarix: 24-08-2017 11:35     Baxış: 4268 A- / A+
“Yaşım az olsa da, çox şey görmüşəm”

Azərbaycanlı müğənni Rahidə Baxışova şəxsi həyatından danışıb.

Manevr.az xəbər verir ki, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, hazırda həyatında yalnız anası, övladları, bacısı və bacısının uşaqları var: “Mənim üçün xoşbəxtlik balalarımın sağlamlığıdır. Bilirsiniz ki, mənim üçün bacımın ailəsi, anam, bir də övladlarım var. Mənim heç kimim yoxdur. Heç bir zaman qohum qapısı açmaram. Bu həyatda çox şey görmüşəm. Yaşım az olsa da, çox şey gördüm. Mənim üçün həyat anamdan, övladlarımdan, bacımdan və onun balalarından ibarətdir. Əsas canımız sağ olsun, ruzimiz bol olsun”.

R.Baxışova daha sonra bildirdib ki, yenidən sənətə qayıtmaq ona çətin olmayıb: “İnsan var ki, uzun illər səhnədə olur, amma 1 il görünməyəndə unudulur. Amma məndə belə bir şey olmadı. Bu, mənim naxışımdır. İndi də “Sən öyrətdin” mahnısı eşidilən zaman adım yada düşür. Buna görə də Allahıma şükür edirəm. Nə yaxşı ki, yaddaşlardan çıxmamışam. İndi dövlət televiziyasının solistiyəm. Ramiz Mirişlinin “Dalğalar” adlı mahnısıpnı yazdırmışam. Bu da mənim üçün bir uğurdur”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar